"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev

"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz QuliyevHeydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı

İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi

Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlər kimi tarixə yazılırlar. Məhz belə liderlərdən biri də Ulu Öndər Heydər Əliyevdir ki, müasir Azərbaycanın qurucusu, dövlətçilik fəlsəfəsinin memarı, milli ideologiyanın banisi kimi xalqımızın yaddaşında əbədi yer tutub.

Dönüş nöqtəsi yaradan lider

XX əsrin sonlarında Azərbaycan dərin siyasi böhran, separatizm təhlükəsi, idarəetmə iflici və iqtisadi tənəzzül girdabında idi. Dövlətin gələcəyi sual altına düşmüşdü. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyini dəyişdi.

Onun uzaqgörən siyasi xətti qısa müddətdə dövlət institutlarını bərpa etdi, idarəetməni mərkəzləşdirdi və ölkəni vətəndaş qarşıdurmasından çıxardı. Ən mühüm istiqamətlərdən biri isə ordu quruculuğu oldu. Müstəqil Azərbaycan ordusunun əsasları Heydər Əliyevin formalaşdırdığı milli hərbi konsept əsasında atıldı.

"Əsrin müqaviləsi" - müasir inkişaf strategiyasının təməli

1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" yalnız enerji layihəsi deyildi - bu müqavilə Azərbaycanın regiondakı mövqeyini dəyişdi, ölkəni iqtisadi asılılıqdan azad etdi və dünya enerji xəritəsində strateji oyunçuya çevirdi. Bu sənəd həmçinin Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişaf modelinin əsas sütununa çevrildi.

Bu gün ölkəmizin enerji təhlükəsizliyində, beynəlxalq tərəfdaşlıqlarında və iqtisadi müstəqilliyində məhz həmin müqavilənin tarixi rolu açıq şəkildə görünür.

Varislik missiyası: İlham Əliyev - Qalib Lider

Heydər Əliyevin müəyyən etdiyi böyük dövlətçilik xətti yalnız davamçı lider tərəfindən daha yüksəklərə daşına bilərdi. Bu varislik siyasətinin daşıyıcısı Prezident İlham Əliyev oldu.

İlham Əliyevin prezidentlik dövrü Azərbaycanın yeni inkişaf mərhələsi adlandırılır. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi gücünü artırdı, beynəlxalq nüfuzunu möhkəmləndirdi və regionda əsas söz sahibi olan ölkəyə çevrildi.

44 günlük Zəfər: tarixi ədalətin bərpası

Azərbaycanın hərbi-siyasi gücünün ən parlaq təzahürü 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbədir. Ulu Öndərin qurduğu dövlət, formalaşdırdığı ordu və ideoloji baza bu qələbənin təməlində dayanırdı.

Lakin torpaqlarımızın azad edilməsini reallığa çevirən əsas amil Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və strateji liderliyidir. Bu səbəbdən xalqımız onu "fateh Sərkərdə" kimi tarixə həkk edib.

Müharibədə qazanılan Qələbə təkcə hərbi üstünlük deyildi - bu, dövlətçilik modelimizin gücünün, milli birliyin və Azərbaycan ideyasının sarsılmazlığının təsdiqi idi.

Qalib Azərbaycan: inkişafın yeni mərhələsi

Bu gün Azərbaycan həm iqtisadi sahədə, həm diplomatik müstəvidə, həm də təhlükəsizlik platformalarında regionun aparıcı dövlətidir.

İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində:

Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsi genişlənib,

enerji və nəqliyyat layihələri ölkəni qlobal tranzit mərkəzinə çevirib,

Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı bərpa proqramları ilə əvvəllər görünməmiş inkişaf mərhələsinə daxil olub.

Bu proseslər Ulu Öndərin yaratdığı dövlət modelinin İlham Əliyev tərəfindən daha yüksək pilləyə qaldırıldığını açıq şəkildə göstərir.

Milli yaddaşda əbədi yaşayan lider

Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anım gününü dərin ehtiramla qeyd edir. Onun düşüncəsi, siyasi irsi və dövlətçilik fəlsəfəsi zaman keçdikcə daha da aktuallaşır. Heydər Əliyevin müəyyən etdiyi yolun uğurla davam etdirilməsi, Azərbaycanın qalib dövlətə çevrilməsi isə bu irsin əbədi olduğunu təsdiqləyir.

Əminliklə demək olar ki, nə qədər Azərbaycan var, Ulu Öndər Heydər Əliyev xalqın qəlbində daim yaşayacaq, Onun yaratdığı dövlət, müəyyən etdiyi ideologiya və yetişdirdiyi varis bu əbədiliyin təminatıdır.

"Səs" Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 850   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam

15 oktyabr
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Prezident: "Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr