Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video
Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib.
Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğın baş verib. Yaxınlıqda olanlar səsə gəliblər.
"Yanıq xəsarətləri vardı. Yanırdı, paltarları əynində ərimişdi", - hadisə şahidlərindən biri bildirib.
Məlumata görə, yeniyetmə dərsdən qayıdan zaman dayanmış vaqonun üstünə çıxaraq şəkil çəkdirmək istəyib. Hadisə də o anda baş verib.
Məktəbli dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, saat 13:00 radələrində cərəyan vurması səbəbilə 14 yaşlı şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona elektrik cəryanının təsiri, bədənin 65%-dən çox hissəsinin termiki yanığı, yanıq şoku diaqnozu təyin olunub.
Pasiyentə ilkin tibbi yardım göstərilib və daha ixtisaslaşdırılmış müalicə üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib.
Daha ətraflı "Xəzər" TV-nin videomaterialında:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 204 Tarix: 20 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib
19 dekabr2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü
Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb
19 dekabr19 yaşlı oğlan qəfil öldü
Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm
20 dekabrBəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrSaxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB
Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub
20 dekabr"Kontakt Home" 1,7 milyondan çox borc ödəməyə məcbur edildi
Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkəti dövlət qarşısında yığılmış külli miqdarda vergi borcunun 23 faizini ödəyib. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarını
18 dekabrOfisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda
19 dekabr