"Zaqataladan bir qız qışqırırdı ki, məni də çıxarın..." - Video

"Zaqataladan bir qız qışqırırdı ki, məni də çıxarın..." - Video"Bir anlıq gördüm ki, torpaq üzümə gəldi. Sonra özümü itirdim, nələr olduğunu bilmədim. Gözümü açanda baxdım ki, havadan asılı dayanmışam".

"Qafqazinfo" xəbər verir ki, bunu "Baku TV"yə açıqlamasında ötən ilin bu günü AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Tofik Devrişov deyib.

"Kəməri açdım, üzüaşağı yerə düşdüm. Əlim bütün qan idi. Oğlumu çağırdım, "hə, ata" dedi, gördüm ki, sağdır. Elə bil dünyanı mənə verdilər. Bu faciəni yaşayan bilər. Allahdan arzu edirəm ki, heç kəs bunu yaşamasın.

Bir anda təyyarədə titrəyiş oldu. Həmin vaxt qalxdı, buludlara girdi. Artıq elə bir vəziyyət idi ki, tullanmaq da mümkün deyildi. Həmin vaxt Hökumə xanım dedi ki, sərt eniş olacaq, özünüzü möhkəm tutun və başınızı qabaq oturacağa sıxın.

Hadisədən sonra sol qolum və ayağım işləmədi. İndi ayağım yaxşıdır, amma qolum 50% işləyir, yuxarı qalxmır", - deyə o əlavə edib.

Samir Devrişov isə bildirib ki, hadisə zamanı hamını həyəcan bürümüşdü: "Komandanı verdilər, təyyarə yerə çırpıldı. O an atam məni çağırdı, cavab verdim. Bir anlıq huşum itmişdi, amma sonradan tam özünə gəldi. Təyyarədən çıxanda Zaqataladan bir qız da dedi ki, xahiş edirəm, məni də çıxarın. Ayağından zədə almışdı, qışqırırdı. Ondan qan çox gedirdi. Ora köməyə çox insan gəlmişdi. Biz çox böyük faciədən çıxmışıq. Bu, möcüzədir".

Xatırladaq ki, 2024-cü il dekabrın 25-i Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Ətraflı videomaterialda:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 310   Tarix: 25 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hava şəraiti ilə bağlı gəmilərə - Xəbərdarlıq

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, dekabrın 25-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyinin 18-2

24 dekabr
.

Süni intellekt öz "sivilizasiyasını" qurdu - Nəticələr alimləri narahat edir

Tədqiqatçılar süni intellektə öz cəmiyyət modeli yaratmağa imkan veriblər və qarşılarına gözlənilməz, bəzən narahatedici nəticələr çıxıb. "Altera" şirkəti tərəfindən hazırlanmış "Sid" layihəsi çərçivəsində bir neçə süni intellekt agenti bir-biri ilə və insanlarla "Minecraft"

24 dekabr
.

Son dörd ildə 761 min manata yaxın təhsil krediti vəsaiti bağışlanıb

Təhsil Tələbə Krediti Fondu 761 min manata yaxın təhsil krediti vəsaitini bağışlayıb. xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib. B.Əzimov eyni zamanda götürülən kreditlərin geri ödəniş mərhələsində tətbiq olunan güzəştlərdə

25 dekabr
.

Həftəsonu məktəblərdə dərs olmayacaq - Rəsmi açıqlama

Bəzi təhsil müəssisələrində dekabrın 27-28-də dərs günü olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta təhsil ocaqlarında bir neçə müəllim belə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramları ilə əlaqədar 29 və 30-u tarixlərinin qeyri-iş günü olacağını iddia ediblər. xəbər verir ki, bəz

24 dekabr
.

Çay və qəhvənin hansı halda xərçəng yaratdığı elmə məlum oldu

Alimlər çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi riskini artırdığını müəyyən ediblər. xəbər verir ki, araşdırma Çinin Paytaxt Tibb Universitetinin alimləri tərəfindən aparılıb. Nəticələr "Food & Function" jurnalında dərc olunub. Tədqiqat UK Biobank layihəsinin məlumatlar

23 dekabr
.

Kredit mexanizmlərindən yararlanan tələbələrin sayı artacaq" - Səbuhi Rzayev

2030-cu ilə qədər 21 peşə təhsili müəssisəsi yenidən qurulacaq, 2 peşə təhsili müəssisəsində isə əsaslı təmir işləri aparılacaq. xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Tələbə Təhsil Krediti Fondun 4 illik fəaliyyətinin yekunların

25 dekabr
.

Abşeronun 3 kəndində işıq olmayacaq

Abşeronda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə olacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində bu gün 35 kV-luq "Pirəkəşkül-Cəngi" hava xəttində təmir işləri aparılacaq

24 dekabr
.

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə hökm oxundu

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum ediliblər. "Report"un məlumatına görə, bu barəd

24 dekabr
.

Sabah bəzi yerlərə yağış və qar yağacaq

Azərbaycanda dekabrın 25-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərd

24 dekabr