"10 ildən çoxdur ki, anamı görmürəm" - Video
"Anamla çoxdandır görüşmürəm. 10 ildən çoxdur ki, onunla görüşməsək də, hər gün danışırıq, elə bil, bir yerdə yaşayırıq".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov "Həftənin qonağı" verilişində deyib.
Anasının Amerikada yaşadığını bildirən sənətçi ilk dəfə bu barədə danışıb: "Anam mənim birinci fanatımdır. Hər dəfə zəng edir ki, bunu geyin, onu et. İstəyir mən ciddi kostyumlar geyinim. Həmişə deyir ki, "petruşka" kimi geyinmə". Ora getmirəm, çünki gedəndə məni orada saxlamaq istəyirlər. Atamla da münasibətim yaxşıdır. Bir müddət anamla ayrılanda küsülü idim. Anam bacımla mənə şərt qoydu ki, məni sevirsinizsə, onunla danışmayın. Sonra sakitləşdi və dedi ki, "o, atanızdır və bizim münasibətimizin sizə adiyyəti yoxdur". Mənim onun xanımı ilə də əlaqəm var.
Bacım da Niderlandda yaşayır. Bacımın birinci əri yarı italyan, yarı kolumbiyalı idi. Bacımın böyük qızının əri bolqar, ikinci qızının əri isə niderlandlı oldu. Mən ona görə də deyirəm ki, dünya vətəndaşıyam. Bacım məndən 8 yaş böyükdür, amma hələ də özünü inkişaf etdirir. Musiqi, rəsm, oxumaq - hər şeyi bacarır və özünü hər şeydə sınayır. Mənim müğənni olmağımda bunun çox rolu olub. Mən hələ danışa bilmirdim, amma musiqi zümzümə edirdim. Çünki evdə bacım musiqi ilə məşğul olurdu, pianoda çalırdı. Amma ailəm mənim bu sənətə gəlməyimə qarşı idi. Xüsusilə atam deyirdi ki, bu, kişi sənəti deyil. Amma sonra mən başa düşdüm ki, bu mənim missiyamdır. Heç kim mənə inanmır, lakin mən asfaltdan gül kimi çıxıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabr"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı
10 oktyabrDilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24 oktyabr"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11 oktyabrAyan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama
10 oktyabrBacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabr