Zərgər mağazasından 5-6 kiloqram qızıl oğurlayıb, maşın aldı - VİDEO
Türkiyənin Iğdır şəhərində gecə saatlarında zərgərlik mağazasında baş verən oğurluq hadisəsi nəticəsində təxminən 5-6 kiloqram qızılın talandığı məlum olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən gecə saat 03:11 radələrində Cümhuriyyət prospektində yerləşən zərgərlik mağazasında baş verib. Motosikletlə mağazanın önünə gələn şəxs qapını sındıraraq içəri daxil olub.
Təhlükəsizlik kameralarına düşən görüntülərdə şübhəlinin kameraları fərq etdikdən sonra dəbilqəsini tam bağladığı, mobil telefonunun işığından istifadə edərək mağaza daxilində bir müddət dolaşdığı əks olunub. Daha sonra o, təxminən 5-6 kiloqram ağırlığında qızılı götürərək hadisə yerindən qaçıb.
Səhər saatlarında mağazanı açmaq üçün iş yerinə gələn sahibkar Habip Temirak oğurluğu aşkar edərək polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini araşdırmağa başlayıb və şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyat keçirilib.
Iğdır Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində oğurluq hadisəsində iştirak etdikləri müəyyən edilən İ.A. adlı qadın, həmçinin B.Ö. və M.B. saxlanılıb. Aparılan araşdırmalar nəticəsində oğurlanan qızıl və pulların bir hissəsi tapılıb.
Bundan başqa, şübhəlilərin cinayətdən əldə etdikləri gəlirlə BMW X5 markalı lüks avtomobil aldıqları müəyyən edilib və sözügedən nəqliyyat vasitəsinə də əl qoyulub. Saxlanılan şəxslər barəsində iş yerindən oğurluq, iş yerinin toxunulmazlığının pozulması, əmlaka zərər vurma və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri üzrə dörd ayrı ittihamla hüquqi tədbir görüləcəyi bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1673 Tarix: 30 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr