Hamı internetdən şəkillərini silir: Xüsusən də, qızlar - Çünki...
Sosial şəbəkələrdə şəxsi şəkillərin silinməsi son günlər kütləvi xarakter alıb.
Milli.Az xəbər verir ki, xüsusilə qadınlar süni intellekt texnologiyalarının yaratdığı risklər səbəbindən profil fotolarını və əvvəl paylaşdıqları görüntüləri platformalardan yığışdırmağa başlayıblar.
Belə ki, süni intellekt əsasında çalışan bəzi proqramlar istənilən şəxsin üz cizgilərini və bədən quruluşunu real görüntülərə uyğun şəkildə modelləşdirə bilir. Bu texnologiyalardan sui-istifadə edildikdə isə insanların razılığı olmadan saxta və etik olmayan görüntülərin, o cümlədən porno məzmunun hazırlanması mümkün olur. Artıq buna dair nümunələr Teleqram kanallarında yayılmaqdadır.
Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, bu cür hallar şəxsi həyatın toxunulmazlığına ciddi təhlükə yaradır. Xüsusilə açıq profillərdə paylaşılan şəkillərin nəzarətsiz şəkildə yayılması və sonradan fərqli məqsədlər üçün istifadə edilməsi narahatlıq doğurur.
Bu tip görüntülərin hazırlanması və yayılması bir çox ölkədə cinayət məsuliyyəti yaradır. Lakin texnologiyanın sürətlə inkişaf etməsi hüquqi mexanizmlərin bəzən gecikməsinə səbəb olur.
Qeyd edək ki, mütəxəssislər istifadəçilərə sosial şəbəkə hesablarını qapalı rejimdə saxlamağı, şəxsi şəkillərin paylaşımında daha ehtiyatlı olmağı və naməlum tətbiqlərə foto yükləməkdən çəkinməyi tövsiyə edirlər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 847 Tarix: 03 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr