İbrahim Tatlısesdən sürpriz etiraf: "İzmirdə aşiq oldum"

İbrahim Tatlısesdən sürpriz etiraf: "İzmirdə aşiq oldum"Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlıses yeni eşqini ictimaiyyətə açıqlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 73 yaşlı usta ifaçı qatıldığı canlı yayımda qəlbinin İzmir üçün döyündüyünü və bu şəhərdə yaşayan bir qadına vurulduğunu bildirib.

Tatlısesin "Aşiq oldum. İzmirdə bir qara qız var, ona vuruldum" sözləri qısa müddətdə sosial mediada gündəmə çevrilib. Açıqlamadan sonra sənətçinin yeni münasibətinin kimlə bağlı olduğu maraq doğurub və sosial mediada geniş müzakirələrə səbəb olub.

İbrahim Tatlısesin şəxsi həyatı illərdir onun sənət fəaliyyəti qədər ictimai diqqət mərkəzindədir. Sənətçi indiyədək bir neçə evlilik və uzunmüddətli münasibət yaşayıb. Onun Adalet Sara ilə ilk evliliyindən üç övladı, Perihan Savaşla evliliyindən bir qızı, Derya Tuna ilə münasibətindən isə oğlu İdo dünyaya gəlib. Tatlısesin qızı Dilan Çıtak da sonradan rəsmi şəkildə tanınıb.

Sənətçi 2011-ci ildə Ayşegül Yıldız ilə ailə qurub, bu evlilikdən Elif Ada adlı qızı olub. Cütlük 2013-cü ildə ayrılıb. Son illərdə isə Tatlısesin adı Gülçin Karakaya ilə hallandırılmışdı.

İbrahim Tatlısesin İzmir vurğulu yeni eşq açıqlaması, keçmiş münasibətləri fonunda maqazin gündəmində yenidən geniş rezonans doğurub. Sənətçinin yeni münasibəti ilə bağlı detalları yaxın vaxtlarda açıqlayıb-açıqlamayacağı maraqla gözlənilir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1005   Tarix: 05 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Blogerlər tələbəyə nə öyrədəcək?" - Universitetlərə səsləndi

Aparıcı Lamiyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərdə blogerlərin dəvət olunmasına münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb. O, bloger və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını, lakin universitetlərin əsas missiyasının təhsi

29 avqust
.

Cem Yılmazdan ÜZÜCÜ XƏBƏR

Məşhur komediya ustası Cem Yılmaz keçirdiyi ürək spazmı səbəbindən xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb. xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Çanaqqalanın Ayvacık rayonundakı evində dincələn Yılmazın səhhəti pisləşib və o, xəstəxanaya aparılıb. Sinə ağrısı şikayət

29 avqust
.

Məşhur türk müğənni yaşını 4 yaş azaldıb

Türkiyəli məşhur müğənni və aparıcı Seda Sayan barədə maraqlı məlumat diqqət çəkib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı sənətçi yaşını məhkəmə qərarı ilə 4 yaş azaldıb. Sedanın şəxsiyyət vəsiqəsində 1959-cu il olan təvəllüdü 1962 olaraq dəyişdirilib. Onun qərarı izləycilər arasınd

30 avqust
.

Kriştiano Ronaldo ilə evlənən Corcinanın keçmiş sevgilisi ilə fotoları yayıldı

Məşhur futbolçu Kriştiano Ronaldo ilə toyu olan Corcina Rodriqes gündəmdən düşmür. Bu dəfə isə o keçmiş həyatı ilə bütün diqqətləri üzərinə çəkib. xəbər verir ki, iddialara görə, 2016-cı ilə aid olan fotolarda Rodriqes bir bəylə ilə birlikdə əks olunub. Şəkillərin ekran görüntülərində paylaşımlarda

18 avqust
.

İllərdir yaşanan küsülülük bitdi - Foto

Əməkdar artist Könül Kərimova ilə müğənni Təranə Qumral arasında illərdir davam edən küsülülük sona çatıb. Axşam.az xəbər verir ki, sənətçilər uzun fasilədən sonra bir araya gələrək birlikdə foto çəkdiriblər. Təranə Qumral həmin görüntünü sosial şəbəkə hesabında paylaşaraq "Uzun aradan sonra yenidə

29 avqust
.

Entoni Hopkins 88 yaşında arzusunu gerçəkləşdirdi

Britaniyalı aktyor Entoni Hopkins ilk tamformatlı musiqi albomunu buraxıb. "Decca Classics" saytına istinadən xəbər verir. "Quzuların sükutu" filmində Hannibal Lekter rolu ilə məşhurlaşan sənətçi bu albomu 88 yaşında təqdim edib. "Life Is a Dream" adlanan albom Hopkinsi

22 avqust
.

Boyları 1.52 metrdən az olan 7 məşhur - SİYAHI

Ekranda məşhurların boyunu müəyyən etmək heç də həmişə asan deyil. Kamera bucağı, ayaqqabı və geyim amili ulduzları olduğundan daha hündür göstərə bilir. xəbər verir ki, "People" nəşri boyu 152 santimetrdən az olan məşhurların siyahısını hazırlayıb. Onların bir çoxu kiçik boylarını kompleks

19 avqust
.

Salma Hayek nənə oldu - Fotolar

59 yaşlı aktrisa Salma Hayek ilk dəfə nənə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Hollivud ulduzunun ögey oğlu Fransuanın həyat yoldaşı Lara Kozima sosial şəbəkə hesabında paylaşım edib. O, körpənin bir ay əvvəl dünyaya gəldiyini qeyd edib. "Həyat yoldaşım (dünyanın ən möhtəşəm Fransuası

14 avqust
.

Kapadokyaya gedən aktrisanın ilk işi görün nə oldu

Yeni serialı "Anne Yarısı"nın çəkilişləri üçün Kapadokyada olan məşhur aktrisa Burcu Özberk set fasiləsində yöre sakinləri ilə bir araya gəlib. xarici mediaya istinadla xəbər verir ki, "Güneşin Kızları" serialında canlandırdığı Nazlı obrazı ilə geniş tamaşaçı kütləsinə tanınan Özberk

19 avqust