Gənc həkimin ölümü ilə bağlı müəmma... - Astma xəstəsi olub?
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl gənc həkim Nurlana Əliyeva (Nəbibəyli) qəfil vəfat edib. Məlumata görə, o, yaşadığı evdə həyatını itirib. İlkin məlumatlarda Nurlana Əliyevanın Mərkəzi Dəmiryol Xəstəxanasında kardioloq kimi fəaliyyət göstərdiyi qeyd olunur.
Sonxeber.az Bizim.Media-ya istinadən xəbər verir ki, bəzi mənbələr ölümün intihar nəticəsində baş verdiyini iddia etsə də, bu məlumat rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.
Eyni zamanda, sosial şəbəkələrdə və bəzi məlumatlarda Nurlana Əliyevanın həkim olmadığı, hətta tibb diplomunun mövcud olmadığı ilə bağlı da iddialar yayılıb. Üstəlik, onun son vaxtlar psixoloji sarsıntı keçirdiyi, hətta ciddi problemləri olduğuna dair xəbərlər də yayılır. Digər bir məsələ isə onun müəmmalı ölümü ilə bağlı fikirlərin yayılmasıdır.
Belə ki, N. Əliyevanın yaxın rəfiqəsi Mehriban Hüseynova mərhumla bağlı bəzi təfərrüatları açıqlayıb. O deyib ki, mərhumun bronxial astması olub və dekabrın 29-u gecə saatlarında halı qəfil pisləşib:
"Bildiyim qədər arıqlama üçün dərmanlar qəbul edirdi. Həmin vaxt da acqarına dərman qəbul etmişdi. Halı pisləşəndə evdə tək olub. Yoldaşı Bakıdan kənarda çalışır. Qızını çağırıb və onu yaxınlıqdakı "Medilux" Tibb Mərkəzinə aparıblar. Amma xəstəxana Nurlananı qəbul etməyib və onu Kliniki Tibbi Mərkəzə yönləndirib.
Xəstəxanaya yerləşdiriləndən sonra Nurlana atasına zəng edərək "Mənə baxmırlar, gəlin təcili məni buradan çıxarın", - deyib. Boğulurmuş. Atası gəlib ki, qızımı görmək istəyirəm, məni yanına buraxın. Buraxmayıblar ki, olmaz, xəstəyə sistem köçürülür. 30-u səhər keçinib".
M.Hüseynova deyib ki, Nurlana Əliyeva öz əmisi oğlu ilə evli olub: "42 yaşı vardı, çox həyatsevər, pozitiv bir xanım idi. Bir qızı və bir oğlu var. Mən və onu tanıyan hər kəs ölümünə inana bilmirik. Eşidəndə şok keçirdik. Sonuncu dəfə dekabrın 27-də telefonda danışdıq. Mən Türkiyədə yaşayıram. Dedi ki, görüşmək istəyir, çox darıxır. Dedim Yeni ili yola verək, yanvarda ad günümdür, gələcəm, şənlənərik. Sevindi. Heç bir xəstəliyi yox idi, hamımızdan sağlam idi. Biz də, ailə üzvləri də təəccüb içindəyik".
İctimai xadim Hacı Quliyev mərhumu birgə iştirak etdikləri tədbirlərdən tanıdığını dilə gətirib: "Mən Nurlana xanımı sadəcə tədbirlərdən tanıyırdım. Ara-sıra tədbirlərdə görüşürdük. Dekabrın 30-u rəhmətə getdiyini eşitdim. Amma hansı səbəbdən öldüyü barədə məlumatım yoxdu. Eşidəndə çox üzüldük. Allah rəhmət eləsin!"
Sayt Nurlana Əliyevanın ölüm səbəbini öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, onlara belə bir xəstə müraciət etməyib. Halbuki ailəsi də təsdiq edib ki, Nurlana Əliyeva Kliniki Tibbi Mərkəzə aparılıb, hətta orada 4 gün müalicə alandan sonra həyatını itirib. Amma xəstəxana bu məlumatı da təsdiqləməyib.
Mərhumun qızı anasının bronxial astma xəstəsi olduğunu təkzib edib və Nurlana Əliyevanın ölümü ilə bağlı ümumiyyətlə danışmaq istəmədiyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1053 Tarix: 06 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü
Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind
12 sentyabr 2021Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO
Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\
15 sentyabr 2021Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı
Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
17 sentyabr 2021Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb
Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində
17 sentyabr 202120 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO
Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə
14 sentyabr 2021SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır
Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr
17 sentyabr 2021Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO
Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə
17 sentyabr 2021Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır
12 sentyabr 2021Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA
"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y
11 sentyabr 2021