Çörək sexindəki görüntülər ürək bulandırdı! "İlan çıxacaq deyə qorxuram" - VİDEO
Türkiyənin Hatay vilayətinin Dörtyol rayonunda aparılan yoxlamalar zamanı bir çörək sexində insan sağlamlığını təhdid edən ciddi pozuntular üzə çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Dörtyol Bələdiyyə Başçısı Dr. Bahadır Amaçın tapşırıqlarına əsasən, zərərli fəaliyyət göstərən obyektlərə qarşı nəzarət tədbirləri davam etdirilir.
Son yoxlamalar çərçivəsində bələdiyyənin əməkdaşları tərəfindən 4 çörək sexi yoxlanılıb. Yoxlama aparılan obyektlərdən birində istehsal olunan lavaş və pide çörəklərinin normadan aşağı qramajla hazırlandığı müəyyən edilib.
Bundan əlavə, istehsalat sahəsində xarab olmuş məhsullar, sümük parçaları, çoxsaylı həşərat və hörümçəklərin olduğu aşkar olunub. Obyektin gigiyenik vəziyyətinin son dərəcə bərbad olduğu bildirilib.
Zabıta müdiri Ali Avan qarşılaşdıqları mənzərə ilə bağlı sərt açıqlama verərək bildirib:
"Vətəndaşın zəhmətini və pulunu oğurlayırsınız. Mən ilk dəfədir ki, çörəkləri bu qədər az qramajda olan bir sexlə qarşılaşıram. Siz bunu qazanc hesab edirsiniz, amma mən sizin bütün ‘qazancınızı’ cərimələrlə geri alacağam. 10-20 qram deyib keçməyin, bunun qarşılığında sizdən 20-50 min lirə tutulacaq. Bu yeri bağlayıb köhnə əşya sexinə çevirin, daha məntiqlidir. Siçanı keçdim, qorxuram ilan çıxar. Sexdə yataq-yorgan var. Belə şəraitə icazə verə bilmərik."
Aparılan yoxlamalar zamanı çörək sexlərində gigiyena qaydaları, lisenziya vəziyyəti və məhsulların qramajı ətraflı şəkildə nəzarətə götürülüb. Qanunvericiliyə zidd fəaliyyət göstərən obyektlər barəsində protokollar tərtib olunaraq inzibati cəza tədbirləri başlanıb.
Səlahiyyətli şəxslər qayda pozuntularının təkrarlanacağı halda çörək sexlərinin lisenziyalarının ləğv ediləcəyini bildiriblər. Dörtyol Bələdiyyəsi rəsmiləri isə əhalinin sağlamlığının əsas prioritet olduğunu vurğulayaraq, rayon üzrə yoxlamaların qətiyyətlə davam etdiriləcəyini qeyd ediblər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 858 Tarix: 07 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabr