"Məni 2 yaşımda atıb gedib, ailəm dağılanda axtarmayıb"
Müğənni Aysun İsmayılova "Rəngarəng" verilişində qonaq olarkən şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
Milli.Az xəbər verir ki, ifaçı ondan imtina edən atası haqqında danışaraq bildirib ki, onu görmək və tanımaq istəyi var:
"Atamı çox görmək istəyərəm. Deyirlər ki, ona çox oxşayıram, bəzi xarakter cəhətlərim var ki, ana tərəfimdə yoxdur. Ona görə də maraqlıdır, onu tanımaq istərdim".
Aysun İsmayılova vurğulayıb ki, valideynlər arasındakı problemlərə görə uşağın cəzalandırılması doğru deyil:
"Qızını görməmək üçün heç bir məcburiyyət ola bilməz. Ata ilə ana arasında baş verənlərə görə uşağın heç bir günahı yoxdur".
Müğənni atasının onu 2 yaşında tərk etdiyini və sonrakı illərdə bir dəfə belə axtarmadığını deyib:
"Ailəmiz dağılanda da maraqlanmadı. Bunları keçmək olmur".
O, atasını bağışlayıb-bağışlamaması ilə bağlı isə belə danışıb:
"'Bağışlamaram' da demirəm. Vicdanım, insanlığım var. O nə qədər səhv etsə də, övlad kimi haqqımı halal edirəm. Axı onun sayəsində dünyaya gəlmişəm".
İfaçı əlavə edib ki, atasının ağır vəziyyətdə olması belə onun fikrini dəyişməz:
"Desələr xəstəxanadadır, son nəfəsindədir, yanına getmərəm. Maddi cəhətdən nə lazımdırsa, edərəm. Amma onunla heç bir gözəl xatirəm olmayıb. Son anını görüb içimdə dağ yaranmaqdansa, heç görməmək daha yaxşıdır".
Aysun İsmayılovanın bu açıqlamaları izləyicilər arasında emosional reaksiyalara və geniş müzakirələrə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabr"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı
10 oktyabrDilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24 oktyabr"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11 oktyabrAyan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama
10 oktyabrBacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabr