Bakı metrosunda sərnişin qatar yoluna düşüb öldü - Yenilənib+Video
Bu gün saat 20:00 radələrində "Nərimanov" stansiyasında sərnişin stansiya yoluna düşüb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb. Məlumat yenilənəcək.
*
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, ilkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb:
"Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.
Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb".
Faktla bağlı araşdırma aparılır.
*
Hadisə nəticəsində Yaşıl və Qırmızı xətlər üzrə hərəkət qrafikində yaranmış qısamüddətli yubanmalar aradan qaldırılıb, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1754 Tarix: 07 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabr