Süni intellektlə hazırlanan nikah nitqinə görə evlilik etibarsız sayıldı
Hollandiyada bir məhkəmə, nikah məmurunun süni intellekt vasitəsilə hazırladığı nikah çıxışında qanunla tələb olunan məcburi bəyanatlara yer verilmədiyi üçün bir evliliyi etibarsız hesab edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Zwolle Məhkəməsinin yanvarın 6-da açıqlanan qərarında bildirilir ki, 19 aprel 2025-ci ildə Zwolle şəhərində keçirilən nikah mərasimində bir günlük vəzifə ilə təyin olunmuş nikah məmuru çıxışını süni intellektin köməyi ilə hazırlayıb. Qərarda qeyd olunur ki, cütlüyün tanışı olan və nikahı kəsmək üçün təyin edilən məmur, mərasimin "daha səmimi" keçməsi məqsədilə cütlüyün xahişi ilə nitqi süni intellektə hazırladıb. Lakin mərasim zamanı səsləndirilən bəyanatların qanunvericilikdə nəzərdə tutulan zəruri tələbləri əhatə etmədiyi qənaətinə gəlinib.
Məhkəmə qərarında, mərasimdə Zwolle Bələdiyyəsinin rəsmi nikah məmurunun da iştirak etdiyi, lakin prosesə heç bir müdaxilə etmədiyi vurğulanıb.
Qərarda həmçinin bildirilir ki, cütlük avqustun 20-də məhkəməyə təqdim etdiyi ərizədə baş verən səhvin onların məsuliyyəti olmadığını, nikahın qaydalara uyğun şəkildə bağlandığını düşündüklərini bildirərək evliliklərinin etibarlı sayılmasını tələb edib. İşdə iştirak edən Zwolle Bələdiyyəsinin nikah məmurunun isə prokurorluğun mövqeyini dəstəklədiyi qeyd olunub. Məhkəmə isə qərarında "Məhkəmə evlilik tarixinin cütlük üçün əhəmiyyətini anlayır, lakin qanunda nəzərdə tutulan tələblərdən kənara çıxa bilməz" ifadəsinə yer verib.
Məhkəmə qərarına əsasən, Hollanda Mülki Məcəlləsinin 1/67-ci maddəsinə görə, evlənən şəxslər nikah məmuru və şahidlər qarşısında bir-birlərini həyat yoldaşı kimi qəbul etdiklərini və evlilik statusunun yüklədiyi bütün öhdəlikləri sədaqətlə yerinə yetirəcəklərini açıq şəkildə bəyan etməlidirlər. Bu tələbin yerinə yetirilməməsi isə nikahın hüquqi baxımdan etibarsız sayılmasına səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 736 Tarix: 08 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabr