Dənizdə fırtına faciəsi: suya düşən 3 işçidən biri ölüb - VİDEO
Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda güclü fırtına zamanı dokda aparılan işlər faciə ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, dalğaların şiddətlənməsi nəticəsində 3 işçi dənizə düşüb, onlardan biri həyatını itirib, iki nəfər isə yaralanıb.
Hadisə axşam saatlarında Kadınlar Dənizi ərazisində, Le Blue Hotel-in qarşısındakı iskeledə baş verib. İlkin məlumata görə, əlverişsiz hava şəraitinə baxmayaraq aparılan işlər zamanı güclü külək və dalğalar səbəbindən işçilər dokdan dənizə düşərək uzun müddət suda köməksiz vəziyyətdə qalıblar.
Məlumat daxil olduqdan sonra hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə, polis və sahil mühafizəsi qüvvələri cəlb edilib. Xilasetmə əməliyyatı nəticəsində Abdullah K. (26) və Muharrem D. (22) sudan çıxarılaraq həkimlərə təhvil verilib. Üçüncü işçi - İsmail Dağın (30) isə meyiti hadisə yerindən təxminən 100 metr aralıda tapılıb.
Yaralı iki işçi təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onlardan Abdullah K.-nın vəziyyətinin ağır olduğu və həyati təhlükəsinin davam etdiyi bildirilir. Həyatını itirən İsmail Dağın cəsədi isə xəstəxananın morquna yerləşdirilib.
Bundan başqa, işçilərin işə başlamazdan əvvəl fırtınanın olduğunu və işləmək istəmədiklərini bildirdikləri, lakin buna baxmayaraq işlərin davam etdirilməsinin tələb olunduğu iddia edilir. Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1022 Tarix: 09 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabr