Narkotik testi müsbət çıxan Aleyna Tilkinin vəkilindən şok açıqlama!
Məşhur müğənni Aleyna Tilki ilə bağlı aparılan narkotik araşdırması çərçivəsində götürülən saç və qan nümunələrinin nəticələri prokurorluq işinə daxil edilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan və ifadəsi alındıqdan sonra sərbəst buraxılan Tilkinin Ədli Tibb Qurumunda (ATK) aparılan analizlərinə görə, qan nümunəsində heç bir narkotik maddəyə rast gəlinməyib. Lakin saç nümunəsində "esrar" (marixuana) ilə əlaqəli pozitiv göstərici müəyyən olunub.
Mövzu ictimaiyyətdə yenidən müzakirə olunduqdan sonra Aleyna Tilkinin vəkili Adem Uğur Kızıldere yazılı açıqlama verib. O bildirib ki, test nəticələri yanlış şərh olunur.
Vəkilin sözlərinə görə, müğənninin qan analizində heç bir narkotik maddə aşkarlanmayıb. Saç nümunəsində qeyd olunan tapıntının isə birbaşa kimyəvi maddə deyil, tüstü ilə əlaqəli bir iz olduğunu vurğulayıb.
Adem Uğur Kızıldere əlavə edib ki, Aleyna Tilki son vaxtlar esrar istifadəsinin qanuni olduğu bir ölkədə olub. Bu səbəbdən nəticənin aktiv istifadə yox, passiv məruz qalma - yəni ictimai məkanda tüstünün udulması və onun saçlara hopması nəticəsində yarandığını iddia edib:
"Müvəkkilimin bu maddənin sərbəst şəkildə istifadə edildiyi bir ölkədə olması səbəbilə, ictimai mühitdə tüstüyə məruz qalaraq saçlarına hopması ehtimalını əsaslı hesab edirik."
Hadisə ilə bağlı istintaq prosesi davam edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama
10 oktyabrCavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13 oktyabrDilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24 oktyabr"Anamla atam ailə qurmağımı istəyir"
"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər
25 oktyabrBaşqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18 oktyabr"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser
4 oktyabrABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA
Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild
23 oktyabrAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrBayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabr