""Məcnun" deyə-deyə qalmışam, dəvət etmirlər"
Müğənni Eldəniz Məmmədov "Məcnun" obrazını canlandırmaq üçün dəfələrlə müraciət etməsinə baxmayaraq dəvət almamasından narazılıq edib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, uzun illərdir bu rolu ifa etmək istədiyini açıq şəkildə dilə gətirsə də, müraciətləri cavabsız qalıb. Onun sözlərinə görə, yalnız çətin vokal əsərlərin ifası tələb olunduqda xatırlanır:
"Dəfələrlə müraciət etmişəm ki, 'Məcnun' obrazını oynamaq istəyirəm. Çətin əsərlər olanda deyirlər, buyurun gəlin, ifa edin. Halalları olsun, gedib oxumuşam. Amma söhbət roldan gedəndə hər dəfə başqa səbəb göstərilir".
Eldəniz Məmmədov qeyd edib ki, peşəkar musiqi təhsili var və bu sahədə çalışmaq istəyir:
"1996-cı ildə Musiqi Akademiyasını İslam Rzayevin sinfində bitirmişəm. Diplomumu evdə saxlamaq üçün almamışam. Təhsilim üzrə işləmək istəyirəm".
Müğənni Opera və Balet Teatrına da müraciətlər etdiyini bildirib. Onun sözlərinə görə, müraciətlər zamanı bəzən yer olmadığı, bəzən isə başqa səbəblər göstərilib:
"Getmişəm, gah deyiblər yer yoxdur, gah da başqa bəhanələr gətiriblər. Axırıncı dəfə 'çağıracağıq' dedilər, amma yenə xəbər çıxmadı. 'Məcnun' deyə-deyə qalmışam".
Sənətçi əlavə edib ki, Musiqi Akademiyasında "Leyli və Məcnun" operası üzrə dövlət imtahanında çıxış edib və Xalq artisti Arif Babayevdən yüksək qiymət alıb:
"Dövlət imtahanında 'Leyli və Məcnun'da oynamışam və Arif Babayevdən '5' qiyməti almışam".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabr"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı
10 oktyabrDilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24 oktyabr"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11 oktyabrAyan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama
10 oktyabrBacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabr