Son dəqiqə! "Ermənistan hücum etsə, Azərbaycan…"

Son dəqiqə! "Ermənistan hücum etsə, Azərbaycan…"Ermənistan prezidenti Serj Sarkisyan çıxışı zamanı "Azərbaycan tərəfi belə ciddi şəkildə hücumlara davam edərsə və vəziyyəti genişmiqyaslı müharibəyə gətirib çıxararsa, biz Qarabağı qorumaq üçün sonuna qədər mübarizə aparacaq və əlimizdə olan silah arsenalının hamısından istifadə edəcəyik" deyib.
Erməni politoloq Levon Şirinyan prezident S.Sarkisyanın fikrini şərh edərkən bildirib ki, Ermənistanın Azərbaycana qarşı iki istiqamətdə hücum planı ola bilər:

"Azərbaycana qarşı hücumlar Yevlax və Sabirabad rayonları istiqamətində təşkil edilə bilər. Rabitə xətlərini kəsmək üçün Yevlax tərəfindən zərbə endirilə bilər, Sabirabaddan hücum olsa, ordan talışları ayağa qaldırıb çaxnaşma yarada bilərik".

Beynəlxalq Hüquq Assosiyasının üzvü, publisist Denis Dvornikovun sözlərinə görə isə S.Sarkisyan aprel hadisələrinin bir də təkrarlanmasına icazə verməyəcək:

"Sarkisyan aprel hadislərinin yaşanmasına imkan verməyəcək. Prezidentin borcudur ki, əsgərlərini və orada yaşayan vətəndaşlarını qorusun".

Azərbaycana qarşı səsləndirilən bu fikirlərini politoloq Zərdüşt Əlizadə şərh edib.

Politoloqun fikrincə Ermənistan rəhbərliyi belə fərziyyələrlə xalqın başını aldatmağa çalşır:

"Ermənistan əhalisi cahil və nadandır. Onları artıq 30 ildir aldadırlar. Bu səsləndirilən fikirlər yalnız fərziyyələrdir və bunların da heç bir əsası yoxdur. Sadəcə seçki ərəfəsində (apreldə parlament seçkiləri olacaq) Sarkisyan bilir ki, onun rəhbərlik etdiyi partiya qalib gələcək. O vaxta qədər də heç bir müharibə olmayacaq. Düşürəm ki, nə Ermənistan, nə də Azərbaycan hakimiyyəti Moskvanın razılığı və göstərişi olmadan heç bir müharibəyə başlaya bilməz. Başlanılarsa, bu onların döyülməsi ilə nəticələnə bilər. Ona görə də yalnız və yalnız Moskvanın əmrlərini mütləq şəkildə həyata keçirirlər".

Siyasi şərhçini fikrincə, görünür bu Şirinyan "cənabları" heç orduda qulluq etməyib və heç coğrafiyadan da xəbəri yoxdur:

"Əvvəla, Ermənistanın Qarabağdakı ordusunun Sabirabad istiqamətdə hücum etməyə halı və gücü yoxdur. Onlar Azərbaycan ərazisinə irəlilədikcə, cinahlardan zərbə alıb, mühasirəyə düşüb, məhv edilmə təhlükəsi ilə qarşılaşacaqlar. Bundan başqa, onlara kim deyir ki, Sabirabada hücum edəndə talışlar ayağa qalxacaqlar? Əksinə, talış əsgərləri, zabitləri Azərbaycan ordusunda qulluq edirlər. İgid kimi 1-ci Qarabağ müharibəsində döyüşüblər. 2-ci Qarabağ müharibəsində də döyüşüb, erməni qəsbkarlarına lazımi cavabı verəcəklər. Yevlaxa zərbə endirilməsinə gəlincə, yenə də deyirəm o ordunun hücum etmək gücü yoxdur. Hücum edən ordu 1:2 nisbətində üstünlüyə malik olmalıdır. Bizdə isə 1:1 nisbətində ordular dayanıb".

"Bəli, onların orda "İsgəndər" raketləri var. Başlığına partlayıcı maddələr yüklənmiş "İsgəndər" raketləri. Onların 8 "İsgəndər" raketi var. 1 "İsgəndər" raketi partlayanda 25 metrlik bir dəlik yaranır. 8 belə dəlik yarandığını götürsək, bu, Ermənistanla Azərbaycan arasında hərbi qüvvə müvazinəti nisbətini dəyişəcəkmi? Əgər onların bu zərbəsi "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinə zərər vursa, bununla qərbin iqtisadi maraqlarına da ciddi zərbə vurmuş olacaqlar. Bu isə o deməkdir ki, həmin qərb "qapaz"ı Ermənistanın başına dərhal dəyəcək. Onların ağrısı nədir ki, qərbin iqtisadi maraqlarına bu cür təcavüz etsinlər. Azərbaycanın bir o qədər vecinə deyil, ona görə ki, bu kəmərlə gedən neft bizim deyil, BP əməliyyat şirkətinindir. O nefti dünya bazarına neft şirkətləri daşıyır. Əgər Ermənistan tərəfi onların mənafeyinə toxunmağa cəsarət etsə, onsuz da onların beynəlxalq vəziyyəti bir az da ağırlaşacaqdır, hazırda da ağırdır. Bu seçki ərəfəsində xalqa nağıllar danışırlar, deməyə sözləri yoxdur. Rusiyanın əlaltısı olan Ermənistan rəhbərliyi onların icazəsi olmadan müharibəyə başlamayacaqlar", – deyə Z.Əlizadə əlavə edib.

Mənbə: A24.az
Son dəqiqə! "Ermənistan hücum etsə, Azərbaycan…"Son dəqiqə! "Ermənistan hücum etsə, Azərbaycan…"Son dəqiqə! "Ermənistan hücum etsə, Azərbaycan…"Son dəqiqə! "Ermənistan hücum etsə, Azərbaycan…"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 21067   Tarix: 17 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel
.

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbayca

29 aprel
.

Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel