Azərbaycanda görünən heyvan təəccüb doğurdu: BELƏSİ HƏLƏ OLMAYIB - VİDEO

Azərbaycanda görünən heyvan təəccüb doğurdu: BELƏSİ HƏLƏ OLMAYIB - VİDEONaxçıvanın Aza kəndində qara canavarın görüntüləri yayılıb. Paylaşımı edən şəxs bildirib ki, bu heyvanı bölgədə ilk dəfə görür.

Qara canavar Naxçıvan faunası üçün yad heyvan sayılır?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, canavar itkimilər fəsiləsinə aid olub Avrasiya materikində yayılmış bir növdür:

"Bu növün əsas xüsusiyyətlərindən biri coğrafi zonalara uyğun ölçü fərqidir. Yəni şimala doğru getdikcə canavarlar daha iri, cənuba və isti qurşaqlara doğru isə nisbətən daha kiçik ölçülü olurlar. Azərbaycanda canavarlar demək olar ki, nival və subnival qurşaqlar istisna olmaqla bütün ərazilərdə yayılıb. Onlar barədə səsləndirilən fikirlərin əksəriyyəti isə əfsanə xarakter daşıyır. Məsələn, canavarın boğaz və ya yeni doğulmuş heyvanlara toxunmadığı iddia edilir. Halbuki reallıqda canavar siçan və siçovuldan tutmuş boğaz, yeni doğulmuş heyvanlara qədər müxtəlif canlılarla qidalana bilir. Onun davranış sistemi kifayət qədər mürəkkəbdir. Bu xüsusiyyətlər təkamül prosesində formalaşan vərdişlər və qəbilə daxilindəki davranış modelləri ilə bağlıdır. Bütün bu xüsusiyyətlər təkamülün nəticəsidir".

Ekoloq bildirib ki, Azərbaycanda canavarlara tez-tez rast gəlinməsi ilə bağlı deyilənlər də düzgün izah edilməlidir:

"Canavar çox hərəkətli heyvandır. Bir gün ərzində Şəmkirdə, Gədəbəydə və Tovuzda görünməsi mümkündür. Gündə 100 kilometrə qədər məsafə qət edə bilər. O, bir yerdə sabit qalan heyvan deyil və yuva saldığı ərazidə ov etməməsi də yanlış şəkildə "humanistlik" kimi izah olunur. Əslində isə canavar yaxın ərazidəki heyvanları xəstə, halsız və ya boğazlıq dövründə ehtiyac yarandığı üçün "ehtiyat qida" kimi saxlayır, normal fiziki vəziyyətdə olduqda isə daha uzaq məsafələrdə ov edir. Heyvanlarla bağlı sosial şəbəkələrdə yayılan görüntülər və iddialar da çox vaxt şişirdilir. Məsələn, İsmayıllıda qəfəsdə saxlanılan maralın videosu və ya hər hansı bir yerdə tapılan heyvan skeletinin "naməlum canlı" kimi təqdim edilməsi daha çox media, sosial şəbəkə marketinqinin nəticəsidir.

Naxçıvanda görüldüyü deyilən qara canavar məsələsi isə xüsusilə şübhəlidir. Sözügedən videonun harada çəkildiyi belə dəqiq bilinmir. Davranış baxımından itlə canavar arasında böyük oxşarlıqlar var. Bu da təbiidir, çünki it canavarın əcdadıdır və genetik oxşarlıq 97-98 faiz təşkil edir. Videodakı heyvanın canavar olması şübhə doğurur. Təbiətdə qara rəngli canavarlara rast gəlinə bilər. Azərbaycanda isə əsasən boz rəngli canavarlar yayılıb. Qara canavarın ölkə ərazisində qeydə alınmış faktı yoxdur. Naxçıvanın təbiəti unikal olsa da, sözügedən heyvanın qara canavar olması ehtimalını real hesab etmirəm və daha çox itə bənzədiyi qənaətindəyəm".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2900   Tarix: 11 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021