DNA testi etdirən qadın gerçək atasının anasının həkimi olduğunu öyrəndi
ABŞ-ın Texas ştatında yaşayan Eve Wiley apardığı DNA testi nəticəsində həyatını dəyişən bir həqiqəti öyrənib. O, illər boyu atası sandığı şəxslərin bioloji atası olmadığını, əsl atasının isə anasının sonsuzluq müalicəsini aparan həkim Kim McMorries olduğunu aşkar edib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Eve-in valideynləri uşaq sahibi ola bilmədiyi üçün sperma donorundan istifadə ediblər. Sənədlərdə donor "Donor 106 - Steve" kimi göstərilib və Eve uzun müddət onu bioloji atası hesab edib. Lakin sonradan aparılan genetik analizlər bunun da doğru olmadığını üzə çıxarıb.
DNA testləri göstərib ki, həkim McMorries müalicə zamanı donor sperması ilə yanaşı öz spermasından da istifadə edib. Eve-in anası isə buna heç vaxt razılıq vermədiyini və bu barədə məlumatının olmadığını bildirib.
Araşdırmalar nəticəsində eyni həkimdən doğulan daha 16 yarımqardaşın olduğu müəyyən edilib. Hadisə ABŞ-da "doğum fırıldağı" kimi qiymətləndirilir, lakin bir çox ştatda bu cür hallar hələ də açıq şəkildə cinayət sayılmır.
Eve Wiley hazırda bu tip halların qanunla cəzalandırılması üçün kampaniya aparır və onun fəaliyyəti nəticəsində ABŞ-da artıq 12 ştatda bu sahədə yeni qanunlar qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 944 Tarix: 12 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kişi icazəsiz evdən çıxan arvadını telefonla döydü
Kürdəmirdə kişi arvadını döyüb. Hadisə şəhər ərazisində qeydə alınıb. 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəf
8 noyabrBərdədə 40 yaşlı kişi evində ölü tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti aşkarlanıb. -ın məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində baş verib. Araşdırma zamanı cansız bədənin 1986-cı il təvəllüdlü İlqar Muradova məxsus olduğu bilinib. Kişinin nəşi evində tapılıb. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır
10 noyabrQobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl
7 noyabrGöyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu
Göyçay rayonunda meyiti tapılan nazirlik əməkdaşı dəfn olunub. xəbər verir ki, ötən gün Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində meyiti tapılıb. Meyitin şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizova məxsus olduğu məlum olub. Subay və evin tək oğlu olan mərhum Fövqəladə Halla
1 noyabrBakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu
Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. -ın məlumatına görə, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağl
10 noyabrSalyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya
1 noyabrBeyləqanda gənc faciəli şəkildə öldü
Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır
1 noyabr