"Efirdə mənə ev hədiyyə etdilər, sən demə, ALDADIBLAR"
Müğənni Şəhla Həmidova illərdir kirayədə yaşadığını "Günə Uğurla" verilişində açıqlayıb və səmimi etirafları diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, ifaçı bildirib ki, vaxtilə efirdə ona ev hədiyyə edildiyi barədə deyilənlər həqiqəti əks etdirmirmiş. Şəhla Həmidovanın sözlərinə görə, həmin vaxt ona sənədlər təqdim olunub və bütün Azərbaycan onu təbrik edib:
"Məni aldatdılar. Əlimə kağız verdilər, hamı məni təbrik etdi. Sonra çağırıb dedilər ki, sənədləri gətirin, 1 otaq azdır, sizə 2 ya 3 otaqlı ev veriləcək".
Müğənni qeyd edib ki, məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızına müraciət edib və ondan maraqlanması üçün kömək istəyib. Bununla da acı həqiqət ortaya çıxıb:
"Öyrənib mənə dedi ki, mənim adım heç bir siyahıda olmayıb".
Sənətçi kirayədə yaşadığına görə peşman olmadığını vurğulayıb:
"Allah qorusun çarəsiz qalmaqdan. Rahat çörəyimizi yemək nəsib olsun. Kirayədə qalmağa peşman deyiləm. Heç kimin qarşısında əyilməyək".
Sənətçi əlavə edib ki, sənəti hesabına dolanıb, ev və maşın sahibi olmasa da, ən önəmlisi adının ləkələnməməsidir:
"Şükür edirəm ki, adım gələndə qohumlarım mənə görə utanmayıblar, haqqımda artıq söz olmayıb".
Müğənninin bu açıqlamaları studiyada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tanınmış aktyor bu məşhur müğənninin QARDAŞI İMİŞ - FOTO
Azərbaycanda bir ailədən çıxan bir neçə məşhur simaya son dönəmlər çox rast gəlinir. Məşhur yumor aktyoru Məcid Hüseynovun bacısı da özü qədər tanınmış simadır. Məcidin ailə üzvü olan həmin şəxs gənc olmasına baxmayaraq kifayət qədər tanınan xanəndə Turanə Hüseynovadır. /
6 iyun"Uşaq evi dağıdır, sonra gəlib başıma çıxdı"
Müğənni Nadir Qafarzadə qatıldığı televiziya proqramında uşaq tərbiyəsi ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. xəbər verir ki, ifaçı müasir dövrdə bəzi valideynlərin övladlarına həddindən artıq sərbəst davranmaq imkanı verdiyini bildirib. Onun sözlərinə görə, uşaqlara müəyyən sərhədlərin qoyulmas
4 iyun"Bunlar sizin təsəvvür edə biləcəyiniz rəqəmlər deyil"
Türkiyəli müğənni Bülent Ersoy alış-verişə xərclədiyi məbləğlə diqqət çəkib. Axşam.az xəbər verir ki, Nişantaşında görüntülənən sənətçi jurnalistlərin suallarını cavablandırıb. Alış-veriş etməyi çox sevdiyini deyən Ersoy bunun üçün böyük məbləğlər xərclədiyini bildirib. Müğənni xərclədiyi pulun məbləğ
7 iyun"Elit star" Cəmilə niyə efirlərdən "yoxa çıxıb"?
Müğənni Cəmilə qatıldığı "Öz aramızda" proqramında son vaxtlar efirlərdə az görünməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib. -ın məlumatına görə, ifaçı haqqında səsləndirilən köçməsi və ya səhhətində problem yaranması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Cəmilə qey
4 iyunMüğənni Ayaz: "Atam məni belə vurmayıb" - VİDEO
Müğənni Ayaz Babayev səhnədə çıxışı zamanı gözlənilməz hadisə ilə qarşılaşıb. xəbər verir ki, ifa zamanı arxa planda rəqs edən rəqqasələrdən birinin hərəkəti zamanı onun əli təsadüfən müğənninin başına dəyib. Sənətçi həmin anı yumorla qarşılayaraq görüntüləri sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımın
10 iyunFədayə Laçının rus dili "imtahan"ı - VİDEO
Müğənni Fədayə Laçın sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gəlib. xəbər verir ki, sənətçi taksidə sərnişin kimi olduğu anları izləyiciləri ilə bölüşüb. Paylaşılan görüntülərdə onun sürücü ilə rus dilində etdiyi dialoq diqqət çəkib. Fədayə Laçının rus dilində danışarkən səsləndirdiyi ləhcəli v
10 iyunMilyon dollarlıq yatırımla yeni biznesə başlayan müğənni saxlanılıb - VİDEO
İstanbulda narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat zamanı 22 nəfər saxlanılıb. Saxlanılanlar arasında tanınmış müğənni Berdan Mardini də yer alıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən əməliyya
11 iyunAtasının 48 yaş kiçik sevgilisi haqqında ilk dəfə danışdı
Türkiyəli şoumen Mehmet Ali Erbilin özündən 48 yaş kiçik sosial media fenomeni Eylem Çelik ilə sevgili olduğu barədə iddialar gündəmdə qalmaqda davam edir. Məsələ ilə bağlı ilk dəfə danışan qızı Yasmin Erbil zarafatla "Bezdim artıq" deyərək diqqət çəkən açıqlamalar verib. xarici mediaya istinadl
10 iyun