Polisin saxladığı şübhəlinin mədəsindən görün nələr çıxdı!
Türkiyənin Eskişehir şəhərində polis əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı şübhəli bilinərək saxlanılan bir şəxsin mədəsində narkotik maddə ilə dolu kapsullar aşkar edilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Eskişehir İl Təhlükəsizlik İdarəsinin əməkdaşları şəhər girişində şübhəli hərəkətləri ilə diqqət çəkən S.A.-nı saxlayıb. Yoxlama zamanı onun davamlı şəkildə mədəsini tutması polis əməkdaşlarında şübhə yaradıb və o, dərhal tibbi müayinəyə göndərilib.
Xəstəxanada aparılan müayinələr və rentgen çəkilişi zamanı şübhəlinin mədəsində 44 kapsul olduğu müəyyən olunub. Eskişehir Respublika Prokurorluğunun göstərişi ilə S.A. təcili olaraq cərrahi əməliyyata alınıb. Əməliyyat zamanı mədədən çıxarılan kapsulların içərisində metamfetamin tərkibli narkotik maddə olduğu təsdiqlənib.
Müalicəsi tamamlandıqdan sonra polis nəzarətinə götürülən S.A. istintaq orqanlarına təhvil verilib. Məhkəməyə çıxarılan şübhəli "narkotik vasitələrin qanunsuz dövriyyəsi" ittihamı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 770 Tarix: 14 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB - FOTO
Şəmkirdə qatarda yanğın olub. APA-ya istinadən xəbər verir ki, Gürcüstandan Azərbaycana gələn yük qatarının bir vaqonunda Şəmkir stansiyası ərazisində yanğın qeydə alınıb. İlkin məlumata görə, yanğın 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verib. Dərha
14 avqustSilahla oynayarkən yaralanan 16 yaşlı yeniyetmə öldü
Türkiyənin İzmir vilayətinin Tire rayonunda evdə silahla oynayarkən tapançanın təsadüfən atəş açması nəticəsində qarnından güllə yarası alan 16 yaşlı Yiğit Can Bişkin həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Tire rayonunun İsmail Taşlı küçəsində yerləşən evdə baş verib. Məlumat
19 avqustÖtən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb
Dünən vətəndaşlar tərəfindən qanunsuz saxlanılan bir avtomat silahı, altı tüfəng, iki patron darağı və 56 ədəd müxtəlif çaplı patron aşkar edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməs
15 avqustAzərbaycanda general vəfat etdi - FOTO
Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib. APA-ya istinadən xəbər verir ki, Abbasəli Novruzov bu gün səhər 89 yaşında dünyasını dəyişib. General sabah dəfn olunacaq. Onun Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı bildirilir. Qeyd edək ki, Abbasəli Ramaza
16 avqustGizlənqaç oynayan 13 yaşlı qız faciəvi şəkildə öldü
Rusiyanın Zabaykal diyarının Borzya şəhərində 13 yaşlı qız gizlənqaç oynayarkən lift şaxtasına düşərək ölüb. yerli mediaya istinadən xəbər verir ki, bir qrup uşaq tərk edilmiş binaya daxil olub. Gizlənqaç oynayarkən uşaqlar ayrılıblar. Qaranlıqda hərəkət edən 13 yaşlı məktəbli qız açıq lift şaxtasın
16 avqustŞəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kən
22 avqustTövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
21 avqustToyda öldürülən İlkinin qatilinə bu cəza verildi
Ağdaşda keçirilən toy mərasimi zamanı 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1970-ci il təvəllüdlü Qadir Məmmədo
16 avqust