Köhnə noutbukda Windowsu sürətləndirməyin 10 yolu
Windows sistemli noutbuk əvvəlki kimi sürətli işləmirsə, sadə əməliyyatlarda belə fikirləşirsə, bu, hələ cihazı dəyişmək üçün səbəb deyil. Bir çox halda yeni kompüter almağa ehtiyac qalmır, sadəcə sistemi düzgün "təmizləmək" və lazımsız prosesləri azaltmaq kifayətdir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, doğru parametrlər və kiçik optimizasiya addımları yaşlı kompüterin performansını xeyli yaxşılaşdıra bilər.
1. Virus yoxlanışı aparın
Zərərli proqramlar, xüsusilə gizli maynerlər və reklam modulları kompüteri ciddi şəkildə yavaşlada bilər. Microsoft Defender və ya etibarlı antivirus vasitəsilə tam sistem skanı edin.
2. Lazımsız proqramları silin
Bir çox noutbukda əvvəlcədən quraşdırılmış tətbiqlər olur və onların bir hissəsi istifadə olunmasa da fon rejimində işləyir. İllər ərzində isə "müvəqqəti" yüklənmiş proqramlar da sistemdə qalır. Bu proqramları silmək həm yaddaşı boşaldır, həm də sürəti artırır.
3. Avtoyükləməni yoxlayın
Windows açılan kimi çoxlu proqramın işə düşməsi həm sistemin gec yüklənməsinə, həm də prosessor və RAM üzərində əlavə yükə səbəb olur. "Task Manager" (Tapşırıq meneceri) bölməsindən lazımsız avtoyükləmə proqramlarını söndürmək kifayət edir, fərqi ilk restartdan sonra hiss edəcəksiniz.
4. OneDrive-ı söndürün və ya məhdudlaşdırın
Bulud sinxronizasiyası hamıya lazım olmur. OneDrive istifadə etmirsinizsə, onu silə bilərsiniz. Lazımdırsa, aktiv işlədiyiniz vaxtlarda sinxronizasiyanı müvəqqəti dayandırmaq fon yükünü azaldacaq.
5. Enerji rejimini düzgün seçin
Maksimum sürət üçün "Yüksək performans" rejimi seçilə bilər. Amma bəzi AMD Ryzen prosessorlu noutbuklarda "Balanslaşdırılmış" rejim daha yaxşı işləyir, çünki sistem həmin arxitektura üçün daha optimal qurulub.
6. Diskdə yer boşaldın
Yaddaş dolduqca Windows daha yavaş işləməyə başlayır. Bu həm HDD, həm də SSD üçün keçərlidir. Diskdə ən azı 15-20% boş yer saxlamaq tövsiyə olunur.
7. Sistem və sürücü yeniləmələrini quraşdırın
Yeniləmələr tez-tez səhv düzəlişləri və optimizasiya paketləri gətirir. Əgər update-lər söndürülübsə, aktivləşdirin və əl ilə yoxlayın.
8. Vizual effektləri azaldın
Animasiya və şəffaflıq interfeysi gözəlləşdirsə də, zəif cihazlarda sistemi ağırlaşdıra bilər. Vizual effektləri söndürmək Windows-u daha çevik və sürətli edəcək.
9. Açıq proqramlara nəzarət edin
Çoxlu açıq pəncərə, brauzerdə saysız tab ən gizli "yavaşlama səbəbləri"ndən biridir. İstifadə etməsəniz belə, onlar resurs sərf edir. Panel və tray nə qədər "təmiz" olsa, sistem bir o qədər rahat işləyəcək.
10. Noutbuku tam söndürməyi vərdiş edin
Qapağı bağlamaq çox vaxt cihazı söndürmür, sadəcə "sleep" rejiminə keçirir. Bu da zamanla xırda sistem xətalarının yığılmasına və yavaşlamaya səbəb ola bilər. Müəyyən aralıqlarla noutbuku tam söndürmək sistemi düzgün şəkildə yeniləyir və stabilliyi artırır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova