Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMA

Azərbaycan qadının ilk siyasətçilik fəaliyyəti Sara Xatunla başlanıb. Şərqin ilk diplomat xanımı olan bu əsrarəngiz qadın Azərbaycan tarixinə Uzun Həsən, Şah İsmayıl Xətai kimi şəxsiyyətlər bəxş edib. Bu gün də ölkəmizin rəsmi dairələrində çalışan qadınları sayı günü-gündən artır. Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun verilməsi bütün bu faktlardan sonra heç də təsadüfi olmayıb.

Bir neçə gün əvvəl Polşa parlamentində çıxış edən millət vəkili Janusz Korvin-Mikke çıxışında bildirib ki, qadınlar az qazanmalıdırlar, çünki onlar daha zəif və az düşüncəyə malikdir.

Qadın şəxsiyyətini tək "ana olmaqla"la özləşdirən şəxslərin əksinə olaraq, bu gün sizə müasir Azərbaycan dövlətinə xidmət edən xanımlarımızı təqdim edirik:

Mehriban Arif qızı Əliyeva

O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev fondunun rəhbəridir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23 106 səs), 94,49% (31 797 səs) və 96,7% (38 029 səs) səs toplayaraq deputat seçilib. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMABahar Əvəz qızı Muradova

2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. 1995–2009-cu illərdə YAP-ın Qadınlar Şurası sədrinin müavini, 1999–2005-ci illərdə YAP-ın icra katibinin müavini olub. 2013-cü ildən YAP-ın Beynəlxalq əlaqələr komissiyasının sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir. Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMAAxundova Elmira Hüseyn qızı

Əmək və sosial siyasət komitəsinin üzvüdür. 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib.

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMAXanlarova Zeynəb Yəhya qızı

Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMAPaşayeva Qənirə Ələsgər qızı

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan Respublikası III (2005) və IV (2010) çağırış Milli Məclisinin deputatıdır. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür.

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMAİradə Akif qızı Gülməmmədova

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Abşeron rayonunun icra başçısının birinci müavini İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür.

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMACabbarlı Sitarə Fərman qızı
2015-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə ikinci təhsil alır. 2014-cü ilin sentyabr ayından etibarən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. 2014-cü ilin dekabrında keçirilən bələdiyyə seçkilərində Binəqədi bələdiyyəsinə üzv seçilib, 26 yanvar 2015-ci il tarixində Binəqədi bələdiyyəsinin ümumi iclasının qərarı ilə bələdiyyə sədri seçilib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Qadınlar Şurasının İdarə heyətinin üzvüdür.

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMAƏliyev Jalə Fazil qızı

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavinidir. Azərbaycan Milli Məclisində deputat vəzifəsində çalışır.

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMALalə Şövkət Hacıyeva

1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən Heydər Əliyev tərəfindən Bakıya dəvət olunub və iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib. Azərbaycanın ictimai-siyasi xadimidir. Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verilib və o, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. 1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal partiyanın sədri seçilib.

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMANaxçıvanlı Aqiyə Həbib qızı

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədridir. 2010-cu ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib. Siyasi elmlər doktorudur.

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1699   Tarix: 07 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021