İkipilləli elmi dərəcə sisteminin ləğvi Azərbaycan elmi üçün nə vəd edir - keyfiyyət artımı, yoxsa risklər? - AÇIQLAMA

İkipilləli elmi dərəcə sisteminin ləğvi Azərbaycan elmi üçün nə vəd edir - keyfiyyət artımı, yoxsa risklər? - AÇIQLAMAMilli Məclisdə təhsil haqqında yeni qanun layihəsinin hazırlanması və müzakirəyə çıxarılması təklif olunub.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin keçirilən iclasında deyib.

O qeyd edib ki, yeni qanun müasir çağırışları, rəqəmsallaşmanı, beynəlxalq təhsil məkanına inteqrasiyanı və akademik azadlıqları nəzərə almalıdır:

"Mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmədiyindən, yeni qanun konseptual xarakter daşımalı və sistemli islahatlar üçün hüquqi baza formalaşdırmalıdır. Xüsusilə, elmi dərəcələrin verilməsi sahəsində mövcud iki pilləli müdafiə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) beynəlxalq təcrübəyə uyğun olmamasını nəzərə alaraq, bu mexanizmin mərhələli şəkildə ləğv edilməsi və vahid doktorluq dərəcəsi modelinə keçid edilməsi məsələsinə baxılmasını məqsədəuyğun hesab edirəm.

Deputat vurğulayıb ki, Azərbaycanda sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemi hələ də saxlanılıb:

"30 ildən çoxdur ki, Avropa təhsil sisteminə keçmişik, bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik. Bununla yanaşı, sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemini də saxlamışıq. Bu 30 ildən artıq müddət ərzində kitab kimi nəşr olunan, istinad edilən bir dənə də magistr dissertasiyası ortaya çıxarılmayıb. Magistrın yazdığı dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur, bu dissertasiya nə üçün yazılır?"

V.Qafarov hazırda əsas etibarilə vaxt itkisini xatırladan magistratura mərhələsini hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktorantura səviyyəsində gücləndirməyi təklif edib:

"Elmi dərəcələrin və elmi adların verilməsi də hazırda ümumilikdə 4 mərhələdən ibarətdir. Bu mərhələlərin hər biri tədqiqatçının ən azı 4-5 və ya 6-7, bəzi hallarda 8-10 ilini alır. Tədqiqatçı bu mərhələləri bitirəndə artıq təqaüd yaşına çatır. Dünyada qəbul olunan norma bundan ibarətdir ki, tədqiqatçı ən geci 40-45 yaşına kimi bütün elmi mərhələləri keçib bir alim kimi tam formalaşmalı və bundan sonrakı dövrdə professor kimi elmə və təhsilə xidmət etməli, kadr hazırlığı ilə məşğul olmalıdır. Bizdə isə elm yolunda olan mərhələlər həm çoxdur, həm də bürokratik proses çox ağırdır".

Bəs görəsən deputatın təklif etdiyi kimi, ikipilləli elmi dərəcə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) ləğvi Azərbaycan elmi üçün nə vəd edir - keyfiyyət artımı, yoxsa risklər?

Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Sonxeber.az -a açıqlama verib:

"Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov tərəfindən səsləndirilən fikirlərlə tamamilə razıyam. Onların nəinki ideya, təklif olaraq səslənməsi, hətta tətbiq mərhələsinə keçməsində belə gecikirik. Təhsillə bağlı modern dünya trendlərinin ölkəmizdə də uğurlu tətbiqinə sözsüz ki, böyük ehtiyac var. Hazırda ikipilləli müdafiə sistemi, elmi dərəcə və adların 4 mərhələdən sonra verilməsi həqiqətən də elmi mühitə olan münasibəti bir çox gənclər üçün xeyli dərəcədə soyudub. Elmi mühitin mürəkkəb, ziqzaqlı prinsiplərlə zənginliyi modern dünyanın elmi-tədqiqat prinsipləri ilə uyuşmur. Hazırda rəqəmsal texnologiyalar, onlayn tədris forması hər bir yerli gəncdə dünyanın istənilən nöqtəsi ilə təmasda olmaq, özünü inkişaf etdirmək şansı qazandırır. Bir yandan əlindəki mobil cihazın onu dünyanın akademik mühitinə bağlaya bilmək imkanlarını görən, digər tərəfdən isə yerli mühitdə sovet dövründən qalmış müdafiə prosesinin mürəkkəbliyini görən şəxs təbii ki, müəyyən məsələlərdə fərqli qərar verəcəkdir.
Beynəlxalq təhsil məkanına inteqrasiya, təhsilin qloballaşması, rəqəmsal dünyanın təhsillə əlaqəsinin gücləndirilməsi naminə bəzi prinsiplər ya ümumiyyətlə ləğv olunmalı, ya da xeyli dərəcədə reformasiyalara uğramalıdır. Çünki elm həm də zamanın inkişaf tempi ilə tam surətdə ayaqlaşmalıdır. Əks halda o özünün elmilik prinsipini tamamilə itirmiş olar.
Düşünürəm ki, deputat Vasif Qafarovun səsləndirdiyi fikirlər çox peşəkar səviyyədə qabardılan vacibdən də vacib məsələlərdir. Elmimiz hazırda surətdə uduzur. Bu məğlubiyyət isə məhz həmin bu kimi təkliflərin gələcəkdə tətbiqindən sonra getdikcə aradan qalxa biləcəkdir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3049   Tarix: 26 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021