Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarının da nəzərə alınması vacibdir.

İqtisadçı Xalid Kərimli "Bakupost"a bildirib ki, hökumət gələn il minimum əməkhaqqını təxminən 15 faiz artırmağı planlaşdıra bilər. Onun sözlərinə görə, son iki ildə orta aylıq əməkhaqqının artım tempi və inflyasiya göstəriciləri belə bir artım ehtimalını irəli sürməyə əsas verir.

İqtisadçı qeyd edib ki, minimum əməkhaqqı mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektləri üçün məcburidir. Yəni həm özəl, həm dövlət, həm də bələdiyyə sektorunda çalışan işçilərə şamil olunur. Bununla yanaşı, əməkhaqqı səviyyəsi sahələr üzrə ciddi fərqlənir. Mədənçıxarma sənayesi və maliyyə sektorunda əməkhaqları daha yüksək olduğu halda, kənd təsərrüfatı, ticarət, turizm, inzibati və yardımçı xidmətlər kimi sahələrdə orta aylıq əməkhaqqı 700-800 manat civarındadır. Bu səbəbdən minimum əməkhaqqının artırılmasının təsiri aşağı maaşlı sahələrdə daha çox hiss edilə bilər.

Xalid Kərimlinin sözlərinə görə, xüsusilə ixtisassız işçilər və minimum əməkhaqqı ilə çalışan şəxslər artımdan birbaşa faydalana bilərlər. Eyni zamanda, dövlət sektorunda vahid tarif cədvəli ilə əməkhaqqı alan işçilərin maaşlarına da dəyişiklik təsir göstərəcək. Minimum əməkhaqqı dəyişdikdə tarif cədvəlinin digər pillələrinin də yenidən hesablanması mümkündür.

İqtisadçı xatırladıb ki, minimum əməkhaqqı sonuncu dəfə 2025-ci il yanvarın 1-dən artırılıb. 2026-cı ilin fevralında qəbul edilən qanuna əsasən, hökumət minimum əməkhaqqı məbləğinə hər il ən azı bir dəfə baxmalıdır. Lakin bu, onun mütləq artırılması öhdəliyi demək deyil. Qərar qəbul edilərkən iqtisadi artım, məşğulluq, əmək məhsuldarlığı, orta aylıq əməkhaqqının dinamikası və manatın alıcılıq qabiliyyəti, yəni inflyasiya nəzərə alınmalıdır.

Xalid Kərimli bildirib ki, minimum əməkhaqqının artırılması təkcə dövlət büdcəsinə və dövlət sektoruna deyil, iqtisadiyyatın bütün sahələrinə, xüsusilə kiçik və orta biznesə təsir edir. Onun fikrincə, artımın həddindən artıq olması inflyasiyanı sürətləndirə, məşğulluğa mənfi təsir göstərə və qeyri-rəsmi məşğulluğun artmasına səbəb ola bilər. Buna görə də qərar qəbul edilərkən sahibkarların bu yükü qarşılamaq imkanları da qiymətləndirilməlidir.

İqtisadçı qeyd edib ki, 2025-ci ildə inflyasiya 5,2 faiz, 2026-cı ildə isə 5,7 faiz olub. 2027-ci ildə də inflyasiyanın təxminən 5,7 faiz səviyyəsində davam edəcəyi gözlənilir. Bununla yanaşı, orta aylıq əməkhaqqı 2025-ci ildə 9,3 faiz, 2026-cı ilin ilk yarısında isə 7,2 faiz artıb. Kərimli bu göstəricilərin minimum əməkhaqqının artırılması üçün əsas yaratdığını düşünür.

Onun fikrincə, minimum əməkhaqqının 10-15 faiz artırılması əhalinin, xüsusilə sosial baxımdan həssas qrupların alıcılıq qabiliyyətinin qorunmasına kömək edə bilər. Bununla belə, minimum əməkhaqqının 25, 30 və ya 50 faiz artırılması biznes üçün ağır yük yaradaraq işsizliyi və qeyri-rəsmi məşğulluğu artıra bilər. Buna görə də artımın həddi iqtisadi göstəricilərin kompleks təhlili əsasında müəyyənləşdirilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 109   Tarix: 01 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

31 oktyabr
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr