"Azərbaycan müstəqil və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirir" - DEPUTAT

"Azərbaycan müstəqil və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirir" - DEPUTATDünyanın aparıcı siyasi liderlərini, biznes nümayəndələrini bir araya gətirən Davos İqtisadi Forumu bir qayda olaraq növbəti illər üçün iqtisadi perspektivləri, çağırışları və tendesiyaları müəyyənləşdirən əhəmiyyətli platformadır. Yanvarın 19-da sözügedən tədbirdə iştirak üçün İsveçrənin Davos şəhərinə səfər edən cənab Prezident İlham Əliyev forum çərçivəsində olduqca əhəmiyyətli görüşlər keçirir, vacib fikirlər səsləndirir.

Dövlət rəhbərimizin dünyanın aparıcı media quruluşlarından biri olan "Euronews" televiziyasına verdiyi müsahibə məhz onun şəxsinə göstərilən yüksək diqqət və ehtiramın göstəricisidir. Artıq heç kimə sirr deyil ki, Möhtərəm cənab Prezident İlham Əliyev dünya miqyasında yüksək nüfuzu olan və hörmət bəslənilən liderlərdən biridir. Dövlət rəhbərimizin "Zayed İnsan Qardaşlığı Mükafatı" kimi nüfuzlu mükafata layiq görülməsi məhz uzun illər ərzində aparılan məqsədyönlü siyasətin, eyni zamanda regional sabitliyə verdiyi töhfələrin nəticəsidir. Beynəlxalq əhəmiyyətli məsələlərlə bağlı jurnalistin ünvanladığı suallara kifayət geniş, məzmunlu və reallıqlara əsaslanan cavablar verən ölkə başçısı bir daha dərin strateq olduğunu sübut etdi. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, "Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur. "

Bununla yanaşı ölkəmizin enerji potensialından və ixrac perspektivlərindən danışan ölkə başçısı Azərbaycanın 16 ölkəyə mavi yanacaq ixrac etdiyini, bunlardan 10-nun Avropa ölkəsi diqqətə çatdırdı. Səsləndirilən rəqəmlər qısa müddət ərzində görülmüş yüksək səviyyəli işlərin real mənzərəsidir. Sevindirici haldır ki, mövcud müsbət tendensiya artan templə davam edir.

Azərbaycan müstəqil və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirir. Bizim qətiyyətli və prinsipal mövqeyimizi lazımı qaydada dəyərləndirən dövlətlərlə kifayət qədər məhsuldar əlaqələr formalaşdırırıq. Lakin ölkəmizin uğurlarını və müstəqil xarici siyasətini qəbul etmək istəməyən qüvvələrdə kifayət qədərdir. Onlardan biri də Avropa Parlamentidir. Məsələ ilə bağlı cənab Prezident İlham Əliyev xanım jurnalistin sualına olduqca diplomatik cavab verdi. Dövlət başçısı bildirdi ki, Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.

Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı "təcavüzkar mövqedə" olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.

Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.Bütün bunlar onu göstərir ki, Azərbaycan qlobal proseslərdə etibarlı və proqnozlaşdırılan tərafdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1363   Tarix: 26 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021