"Azərbaycanda turizmin inkişafında rəqəmsal bağlantı və internet infrastrukturu artıq əsas amillərdən birinə çevrilib" - Florian Zenqstş

"Azərbaycanda turizmin inkişafında rəqəmsal bağlantı və internet infrastrukturu artıq əsas amillərdən birinə çevrilib" - Florian ZenqstşAzərbaycanda turizmin rəqabət qabiliyyəti rəqəmsal bağlantıdan asılıdır.

Sonxeber.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti"ndə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafında rəqəmsal bağlantı və internet infrastrukturu artıq əsas amillərdən birinə çevrilib, ziyarətçi təcrübəsi yalnız görməli yerlərlə deyil, eyni zamanda keyfiyyətli əlaqə imkanları ilə formalaşır.

"Müasir turistlər səyahətlərini planlaşdırarkən, qərar qəbul edərkən, marşrut üzrə hərəkət edərkən və xidmətlərdən istifadə zamanı rəqəmsal bağlantıya güvənirlər. Bağlantının əlçatanlığı və keyfiyyəti destinasiyanın imicinə, qonaq məmnuniyyətinə və uzunmüddətli loyallığa birbaşa təsir göstərir. Son illərdə Azərbaycan rəqəmsal infrastrukturun inkişafı istiqamətində mühüm irəliləyiş əldə edib, genişzolaqlı internet əhatəsi genişlənib və milli rəqəmsal inkişaf təşəbbüsləri həyata keçirilib. Bu isə ölkənin yalnız turizm deyil, həm də beynəlxalq biznes tədbirləri, konfranslar və qlobal forumlar üçün etibarlı məkan kimi mövqeyini gücləndirir", - deyə turizm rəsmisi qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hotellərində Wi-Fi və sabit internet bağlantısı artıq əlavə üstünlük deyil, əsas keyfiyyət tələbi hesab olunur: "Güclü bağlantı rəqəmsal köçərilər və uzunmüddətli qalan turistlərin cəlbi baxımından da mühüm əhəmiyyət daşıyır. Bağlantı turizm destinasiyasının rəqabət qabiliyyəti, innovasiya və dayanıqlı inkişafı üçün strateji amildir və bu sahədə uğur dövlət və özəl sektor arasında əməkdaşlıqdan asılıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 459   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021