Həyat yoldaşının ölü tapıldığı maşının şüşəsinə vurub ağladı: "Nə olar ayağa qalx" - VİDEO

Həyat yoldaşının ölü tapıldığı maşının şüşəsinə vurub ağladı: "Nə olar ayağa qalx" - VİDEOAntalyada həyat yoldaşı Habip Topçunun avtomobildə ölü tapıldığı xəbərini alan Özge Çevik Topçu göz yaşları içində avtomobilin şüşəsinə vuraraq, "Sənə həkimə get demişdim. Nə olar qalx, sevgilim" deyə fəryad edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə səhər saat 08:00 radələrində Muratpaşa rayonunun Cumhuriyyət məhəlləsində yerləşən sənaye zonasında baş verib. Korkuteli rayonunda motosiklet təmiri ilə məşğul olan Habip Topçu ehtiyat hissə almaq üçün səhər tezdən 07 SET 56 dövlət nömrə nişanlı avtomobili ilə şəhər mərkəzindəki sənaye sahəsinə gəlib. Buradakı bir iş yerindən aldığı hissələri avtomobilinə yerləşdirən Topçu daha sonra sürücü oturacağına əyləşib.

Avtomobildən davamlı olaraq qaz pedalına basılma səsi gəldiyini görən ətrafdakılar vəziyyətdən şübhələniblər. Onlar avtomobilə yaxınlaşaraq Topçuya səslənsələr də cavab ala bilməyiblər. Daha sonra şüşəyə vurub qapını açan şəxslər sürücünün hərəkətsiz olduğunu görərək təcili tibbi yardıma məlumat veriblər. Hadisə yerinə gələn həkim briqadası Habip Topçunun həyatını itirdiyini müəyyən edib.

Ölüm xəbərini alan yaxınları da hadisə yerinə gəlib. Həyat yoldaşı Özge Çevik Topçu əri ilə vidalaşarkən göz yaşlarına boğulub, ətrafdakılara "Nə oldu?" deyə suallar verib. Daha sonra avtomobilin sürücü tərəfdəki şüşəsinə vuraraq uzun müddət ağlayıb. Yaxınları onu sakitləşdirməyə çalışsa da, qadın başını avtomobilin şüşəsinə söykəyərək göz yaşı tökməyə davam edib.

Polisin hadisə yerində apardığı araşdırmalardan sonra Habip Topçunun meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib. Onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilir ki, Topçu bir müddətdir yaxınlarına səhhətində ağrılar olduğunu deyirmiş.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 775   Tarix: 28 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

3 oktyabr
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30 sentyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı

Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə rayonun Mahrızlı kəndind

11 oktyabr
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr