Millli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib

Millli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilibYanvarın 28-də Millli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Zahid Oruc iclasda birinci oxunuşda olan iki qanun layihəsinin müzakirə ediləcəyini bildirib.

Tədbirdə əvvəlcə, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb. Sənədi təqdim edən komitə sədri Zahid Oruc uşaqların sağlam, savadlı yetişdirilməsi, vətənpərvər ruhda böyüməsi, şəxsiyyət kimi formalaşmasının vacibliyindən söhbət açıb.

Diqqətə çatdırılıb ki, qanun layihəsində Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların hüquq və azadlıqları, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatları və dövlət nəzarətinin əsasları müəyyən edilir. Layihədə əsas anlayışlar, qanunun tətbiq dairəsi göstərilir, uşaqlar barəsində dövlət siyasətinin məqsədləri təsbit olunur. Sənəddə, habelə uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri, uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə dəstək proqramlarının həyata keçirilməsi, uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları, onların yaşamaq və inkişaf etmək hüququ ilə bağlı məsələlər öz əksini tapıb. Bununla yanaşı, uşağın fərdiliyinin qorunması, tərbiyə almaq, həyat və sağlamlığının qorunması, azadlıq və şəxsi toxunulmazlıq, şərəf və ləyaqətinin müdafiəsi hüququ digər hüquqları müvafiq maddələrdə qeyd edilir.

Layihədə hərbi münaqişələr dövründə, habelə təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş uşaqların müdafiəsi, uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlər, çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, baxımsız, kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquqları yer alıb.

Bildirilib ki, yeni qanun layihəsində uşaq hüquqları üzrə dövlət təminatları daha geniş formada əks olunur, çətin həyat şəraitində olan uşaqların hüquq və mənafelərinin qorunması üçün kompleks yanaşmanı özündə əks etdirən hüquqi tənzimləmə müəyyən edilir. Həmçinin layihəyə uşaqlarla bağlı icraata dair beynəlxalq normalardan irəli gələrək prinsipial məsələlər, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi daxil edilib.
Sonra iclasda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edilib.

Qeyd olunub ki, sənəddə "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələn uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması məqsədilə bir sıra qanunvericilik aktlarında uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Təklif edilən dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınması, fərdi məlumatlarının qorunması, çətin həyat şəraitində olan uşaqların aşkar edilməsi mexanizmi, uşaqların zorakılıqdan qorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyən edilməsinə imkan verəcək.

Məsələlər ətrafında müzakirələrdə komitənin sədr müavini Arzuxan Əli-zadə, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Mübariz Qurbanlı, Sevil Mikayılova, Hikmət Məmmədov, Vüqar Rəhimzadə, Tural Gəncəliyev, Elman Nəsirov, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, habelə iclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov çıxış edərək, layihə ilə bağlı fikirlərini açıqlayıblar, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Çıxışlarda yeni qanun layihəsinin üstünlükləri, sənəddə təsbit olunan məsələlərin aktuallığından söhbət açılıb, uşaqların fiziki, mənəvi, intellektual baxımdan formalaşmasının vacibliyi, rəqəmsal mühitin uşaqların inkişafına təsiri və digər məsələlər barədə danışılıb.

Müzakirələrin yekununda təqdim edilən hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 583   Tarix: 28 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021