Ailələrinə tutulmamaq üçün özlərini 4-cü mərtəbədən atan gənc sevgililərdən xəbər var - VİDEO
İstanbulun Ümraniyə rayonunda baş verən ağır hadisədən sonra pəncərədən atılan gənclərin son vəziyyəti açıqlanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 4-cü mərtəbədən yerə düşən gənc qızın ağciyərləri ciddi zədələnib və o, hazırda reanimasiyada müalicə olunur. Oğlanın isə vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə gəncin sevgilisinin evində olduğu vaxt baş verib. İddiaya görə, gənc qızın qardaşı qəfil evə gəldiyi üçün oğlan panikaya düşərək pəncərəyə çıxıb. Bir müddət pəncərədən asılı vəziyyətdə qalan gənc daha sonra özünü hündürlükdən aşağı atıb.
Sevgilisini yerdə hərəkətsiz halda görən gənc qız da təşviş içində özünü pəncərədən atıb. İlkin ehtimallara görə, gənclər ailələrindən çəkinərək bu addımı atıblar.
Hadisə anı ətrafdakı şəxslər tərəfindən mobil telefonla lentə alınıb. Gənclərin yerdə uzanıqlı vəziyyətdə olduğunu görən ailə üzvlərinin hadisə yerində əsəb sarsıntısı keçirdiyi bildirilir. Kadrlarda qızın qardaşının fəryad edərək "Ölmə, sənə nəsə olmasın!" deyə qışqırdığı eşidilir.
İctimaiyyətdə böyük rezonans doğuran hadisə ilə bağlı araşdırmalar davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 928 Tarix: 29 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qobustanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA - Yaralıların vəziyyəti açıqlandı
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyya
6 iyulTaksi sürücüləri arasında dayanacaq davası kameraya düşdü - VİDEO
Türkiyənin Diyarbəkir şəhərində iki taksi sürücüsü arasında dayanacaq üstündə yaranan mübahisə kütləvi davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Yenişehir rayonunun Gevran prospektində baş verib. İddiaya görə, taksi dayanacağı ilə bağlı yaranan mübahisə qısa müddətdə böyüyərə
3 iyulİlqar Altay "Arzum"un səs yazısını yaydı - VİDEO
Kriminalistika üzrə ekspert İlqar Altay "TikTok" fenomeni "Arzum99"un avtomobil qəzasından sonrakı səs yazısını yayıb. Səs yazısında "Arzum" 103 xidmətinə zəng vurduğunu deyir və canlı yayımı izləyənlərdən də xahiş edir ki, Təcili Tibbi Yardıma müraciət etsinlər. İlqar Alta
4 iyulAğdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl
4 iyulBakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 16 yaşlı yeniyetmə isə həyatını itirib. APA-ya istinadən partlayışın baş vermə anının görüntülərini təqdim edirik
4 iyul