Gözəl qoxu gəlsin deyə sobaya odekolon töküb alışqanla yandıran kafe sahibi faciənin bir addımlığından qayıdıb - VIDEO
Türkiyənin Dənizli vilayətində sobaya odekolon töküb alışqanla yandıran kafe sahibi faciənin bir addımlığından qayıdıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Honaz rayonunun Kaklık məhəlləsində fəaliyyət göstərən "Söğütlüler" çayxanasında baş verib. Axşam saat 20:00 radələrində oğlu Mustafa Gezerə məxsus çayxanaya gələn Mehmet Gezer içəridəki sobanın tüstüləndiyini görüb. Soba bir cür alışmadığı üçün o, sobanın içindəki qazanı çölə çıxarıb. Müştərilərin narahat olmaması üçün məkanı havalandıran Gezer, eyni zamanda xoş qoxu yayılması məqsədilə həm masalara, həm də sobanın üzərinə odekolon töküb.
Bu zaman çayxanada olan bir nəfər ona odekolonu alışqanla yandırsa, daha yaxşı qoxu verəcəyini deyib. Bu məsləhətə əməl edən Mehmet Gezer sobanın üzərinə bir qədər də odekolon tökərək alışqanla yandırıb.
Gezerin sobanı yandırmasından sonra içəri daxil olan 4 müştəri sobanın yanındakı masaya əyləşib. Mehmet Gezer çölə çıxdıqdan cəmi bir neçə saniyə sonra isə soba güclü partlayışla partlayıb. Hadisə anbaan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda Mehmet Gezerin sobaya və ətrafa odekolon tökdüyü, daha sonra isə sobanın partlayaraq aşdığı görünür. Təhlükəli fikri verən şəxsin partlayış anında qaçdığı, sobanın yanında oturan 4 nəfərin isə bir müddət donub qaldığı diqqətdən yayınmayıb.
Hadisə ilə bağlı danışan Mehmet Gezer bildirib ki, belə bir nəticə ilə üzləşəcəyini heç düşünməyib:
"Axşam evdən çayxanaya gəldim. Qoxu olsun deyə sobanın üstünə odekolon tökdüm. Yanımdakı dost dedi ki, alışqanla yandırsan daha yaxşı qoxar. Mən də alışqanı çaxdım, sonra çölə çıxdım. Heç 10 saniyə keçməmiş içəridə güclü partlayış oldu. Sanki bomba partladı. İçəri baxdım, sobadan əsər-əlamət qalmamışdı. Odekolonun sıxılması səbəbindən soba partlayıb. Belə bir şey olacağını ağlıma belə gətirməzdim".
Partlayış zamanı sobanın yanında oturan müştərilərdən Mevlüt Özçelik isə hadisə anını belə təsvir edib:
"Axşam həmişəki kimi dostlarla oyun oynayırdıq. Çayxana sahibi sobanın üstünə odekolon tökürdü. Birdən güclü partlayış oldu. Şok yaşadıq. Ardınca üstümüzə his yağmağa başladı, onda qalxıb çölə çıxdıq. Partlayış anında nə baş verdiyini başa düşmədik, bir müddət yerimizdən tərpənmədik".
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmasa da, baş verənlər böyük faciənin astanasından dönüldüyünü göstərib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 890 Tarix: 30 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabr