Qaraciyər çatışmazlığı səbəbilə müalicə alan tanınmış aktyor Ufuk Özkan üçün donor tapılıb
Türkiyənin sevilən aktyorlarından olan Ufuk Özkanın səhhəti ilə bağlı sevindirici yeniliklər var.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qaraciyər çatışmazlığı diaqnozu ilə müalicə alan sənətçinin həm sağlamlıq göstəricilərində yaxşılaşma müşahidə olunub, həm də transplantasiya üçün uyğun donor müəyyən edilib. Donorun bir vaxtlar onunla birlikdə çalışmış operator Salih Kıvırcık olduğu bildirilib.
Aktyorun müalicə olunduğu xəstəxananın orqan nəqli üzrə mütəxəssisi, professor Onur Yaprak açıqlamasında bildirib ki, uyğun donorla bağlı Etik Komitənin razılığı alınıb və əməliyyat üçün gün sayılır: "Uyğun donor üçün Etik Komitənin təsdiqi alınıb, transplantasiya əməliyyatını yaxın günlərdə planlaşdırırıq".
Prof. Yaprak qeyd edib ki, tətbiq olunan tibbi müalicə Özkanın vəziyyətinə müsbət təsir göstərib: "Ufuk bəy xəstəxanaya yerləşdiriləndə qaraciyər çatışmazlığı göstəricisi - MELD skoru 22 idi. Apardığımız müalicə nəticəsində ümumi vəziyyətində ciddi yaxşılaşma əldə etdik və bu göstəricini 22-dən 14-ə endirməyə nail olduq".
Eyni zamanda davam edən canlı donor axtarışının da uğurla nəticələndiyi bildirilib. Donor namizədinin aktyorun keçmiş iş yoldaşı olduğu vurğulanıb: "Keçmiş iş yoldaşları arasında könüllü olan ilk namizəd operator Salih Kıvırcık idi. O, Ufuk bəylə daha əvvəl bir serialda birlikdə çalışıb. Aparılan müayinələr nəticəsində anatomik baxımdan uyğun olduğu təsdiqlənib və Etik Komitənin razılığı alınıb", - deyə professor əlavə edib.
Orqan Nəqli Koordinatoru, tibb üzrə fəlsəfə doktoru Esin Gülkaya Anık isə prosesin hüquqi mərhələlərinin tamamlandığını bildirib: "Ən uyğun donor namizədi olan Salih Kıvırcıkın bütün hüquqi icazə prosedurları yekunlaşıb. Həm resipiyentimiz Ufuk Özkan, həm də donor Salih bəy ilə birlikdə uğurlu əməliyyat üçün hazırlıqlara başlamışıq".
Həkimlər yaxın günlərdə həyata keçirilməsi planlaşdırılan əməliyyatın uğurla keçəcəyinə ümid etdiklərini bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO
Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs
3 oktyabr"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya
24 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrOğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:
23 oktyabrBacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14 oktyabr"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun
24 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabrİlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"
"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar
6 oktyabr