"Eşref-Rüya"da yayımlanan bu səhnə tənqid edilir - VİDEO

"Eşref-Rüya"da yayımlanan bu səhnə tənqid edilir - VİDEOTeleviziya ekranlarında zorakılıq səhnələrinin artması müzakirə olunmaqda davam edərkən, yayımlanan bir serialdakı səhnə ictimaiyyət arasında ciddi narazılıq doğurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, "Eşref-Rüya" serialında nümayiş etdirilən epizodda Dinçer adlı obrazın öz anasını boğaraq öldürdüyü kadrlar tamaşaçılara təqdim edilib. Səhnənin uşaqların da ekran qarşısında ola biləcəyi saat qurşağında yayımlanması isə tənqidlərin əsas səbəblərindən birinə çevrilib.

Narazılığı artıran digər məqam isə istehsalçı şirkətin həmin səhnəni rəsmi "YouTube" kanalında ayrıca "Öz anasını əlləri ilə öldürdü" başlığı ilə paylaşması olub. Qısa müddətdə geniş yayılan görüntülər sosial mediada müzakirə mövzusuna çevrilib. Bir çox izləyici serialın zorakılığı normallaşdırdığını və etik sərhədləri aşdığını bildirib.

Tamaşaçılar xüsusilə uşaq və yeniyetmələrin bu cür ağır səhnələrdən psixoloji baxımdan mənfi təsirlənə biləcəyini vurğulayıblar. Onların fikrincə, milli kanalda bu dərəcədə sərt məzmunun yayımlanması məsuliyyətsizlikdir.

Sosial şəbəkələrdə edilən şərhlərdə serialın ssenarisi və yayım siyasəti kəskin tənqid olunub. Bəzi istifadəçilər belə səhnələrin ümumiyyətlə çəkilməməli olduğunu, digərləri isə artıq gündəlik həyatda kifayət qədər zorakılıq xəbərləri olduğu halda bu cür görüntülərin əlavə təsir yaratdığını qeyd ediblər. Serialın xüsusilə gənc tamaşaçılara mümkün mənfi təsiri müzakirələrin əsas mövzularından biri olaraq qalır.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1096   Tarix: 30 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Avroviziya-2027"nin keçiriləcəyi şəhər açıqlandı

"Avroviziya-2027" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) 71-ci "Avroviziya"nın 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərində təşkil olunacağını açıqlayıb. Qara dəniz sahilind

13 avqust
.

Boşanıb, ayrıla bilməyən məşhurlar

Şou-biznes dünyasında boşanmalar çox vaxt qalmaqal, xəyanət ittihamları və milyonluq əmlak davaları ilə yadda qalır. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edir:. Nikahları bitsə də, münasibətlərini düşmənçiliyə çevirməyən və keçmiş həyat yoldaşları ilə dost qalmağı bacaran məşhurlarhe

30 avqust
.

Aysun İsmayılova: "Əgər bir qadın ‘2-ci dəfə sevirəm’ deyirsə, demək birinci kişidə problem var"

Müğənni Aysun İsmayılova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi qadınların münasibətləri və ikinci dəfə sevgi yaşaması ilə bağlı fikirlərini bölüşüb. Onun səsləndirdiyi fikirlər izləyicilər arasında müzakirələrə səbəb olub. "Əgər bir qadın 'ikinci dəfə sevirəm'

22 avqust
.

"Karib dənizinin quldurları"nda baç rol olacaq

36 yaşlı aktrisa Marqo Robbi "Karib dənizinin quldurları 6" filmində baş rolu canlandıracaq. OLAY yazır ki, altıncı hissədə əsas diqqət aktrisanın canlandırdığı personaja yönələcək, kapitan Cek Sərçə isə ikinci dərəcəli personaja çevrilə bilər. Hazırda filmin süjetinin nədən bəhs edəcəyi məlu

18 avqust
.

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

Tanınmış repçi Elşad Xose sosial şəbəkədəki addımı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabındakı bütün paylaşımlarını silərək, yalnız 2021-ci ildə paylaşdığı "Bir azdan sükut pozulacaq" şərhli fotosunu saxlayıb. Qeyd edək ki, bir müddət əvvə

25 avqust
.

Ad gününü Maldivdə ailəsi ilə qeyd etdi - Fotolar

Rusiyalı repçi Timati (Timur Yunusov) 43 yaşını Maldiv adalarında qeyd edib. Axşam.az xəbər verir ki, həmin gün reperi ailəsi və övladları tək qoymayıb. Reperin yayımladığı fotolarda anası Valentina İvanova, uşaqları - bir yaşlı Emma, ​​altı yaşlı Ratmir və 12 yaşlı Alisa və digər qohumları yaxtada poz

17 avqust
.

"Blogerlər tələbəyə nə öyrədəcək?" - Universitetlərə səsləndi

Aparıcı Lamiyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərdə blogerlərin dəvət olunmasına münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb. O, bloger və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını, lakin universitetlərin əsas missiyasının təhsi

29 avqust
.

Nəzrin qızı ilə foto paylaşdı

Bloger Nəzrin Nəcəfova qızı ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, Nəzrin övladı ilə çəkdiridiyi şəklə "anasının həyatı" qısa şərhini yazıb. Qeyd edək ki, Xalq artisti Mələkxanım Eyubovanın qızı olan Nəzrin müğənni Mərdan Kazımovla ailəlidir

20 avqust
.

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

Əməkdar artist Gövhər Həsənzadə qızı Nilgünlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, bəstəkar övladı ilə arxiv fotolarını yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib:. "Tanrının mənə verdiyi ən böyük dəyər və mükafat sənsən! Həyatda tutunacağım yeganə ümidim, mənə sonsuzadək güvəni

20 avqust