ABŞ Konqres Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar

ABŞ Konqres Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublarYanvarın 31-də Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycan-ABŞ münasibətlərinin tarixi, mövcud əməkdaşlıq istiqamətləri və gələcək inkişaf perspektivləri barədə fikirləri ilə bölüşüb. Vurğulanıb ki, bu gün əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi tərəflərin birgə bəyanatlarında və atılan praktiki addımlarda öz aydın ifadəsini tapır.

Vaşinqton sammitini dəyərləndirən komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri, bu əsnada aparılan danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bildirib ki, sözügedən razılaşmalar Azərbaycan ilə ABŞ arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyıb. Vurğulanıb ki, bu sənədlər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan-Ermənistan sülh gündəliyi kontekstində də xüsusi rol oynayır və regionda sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Söhbətdə "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu"nun əhəmiyyəti qeyd olunaraq bildirilib ki, Birləşmiş Ştatların dəstəyi ilə bu təşəbbüsün reallaşması Avrasiyanın nəqliyyat xəritəsini dəyişməklə yanaşı, daha geniş regionda əməkdaşlığın dərinləşməsinə də mühüm töhfə verəcək.

Görüş zamanı həmçinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanaraq, bunun ikitərəfli münasibətlərin inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcəyi qeyd olunub.

Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev qonaqlara parlamentin səlahiyyətləri və onun fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar barədə məlumat verib. Bildirilib ki, parlamentin fəaliyyəti qanunvericilik təşəbbüslərinin müzakirəsi və qəbulu, parlament nəzarətinin həyata keçirilməsi və beynəlxalq parlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində ardıcıl və sistemli şəkildə qurulub.

Fərid Hacıyev çıxışında həmçinin parlamentin strukturu, ölkədəki seçki sistemi, parlamentdə təmsil olunan partiyalar, mövcud komitə və komissiyaların fəaliyyətinə də toxunub. Qonaqlara deputatların fəaliyyətini tənzimləyən qanunlar, habelə qanun yaradıcılığı prosesi və bununla bağlı prosedur qaydaları barədə də məlumat verilib.
Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri çıxış edərək son dövrlər ABŞ-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əməkdaşlığın dərinləşdiyini və parlamentlərarası dialoqun yeni səviyyəyə çatdığını məmnunluqla vurğulayıblar. Onlar bu müsbət dinamikanın davam etdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu bildiriblər.
Görüşdə iştirak edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Vüqar Bayramov, Erkin Qədirli, Sevinc Fətəliyeva və Gülşən Paşayeva qonaqları maraqlandıran sualları cavablandırıblar, Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşərək, parlamentlərarası dialoqun genişləndirilməsinin qarşılıqlı etimadın möhkəmləndirilməsinə və ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini vurğulayıblar.

Tədbirdə Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, parlamentin struktur bölmələrinin rəhbərləri, ABŞ-ın ölkəmizdəki diplomatik korpusunun əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 556   Tarix: 31 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr