"Müasir Azərbaycan gəncliyi vətənə, dövlətə, xalqa sədaqətin simvolu hesab edilir" - DEPUTAT

"Müasir Azərbaycan gəncliyi vətənə, dövlətə, xalqa sədaqətin simvolu hesab edilir" - DEPUTAT"2 Fevral Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında xüsusi rəmzi məna daşıyan əlamətdar günlərdən biridir. Azərbaycan gəncləri müasir, dinamik və intellektual olmaqla yanaşı, milli ruhu, Vətənə bağlılığı və gələcəyə olan möhkəm inamı təcəssüm etdirir. Bu səbəbdən müasir Azərbaycan gəncliyi vətənə, dövlətə, xalqa sədaqətin və mərdliyin simvolu hesab edilir".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycanın müstəqilliyi və davamlı istiqrarı Ulu Öndər Heydər Əliyevlə başladığı üçün ölkəmizdə həyata keçirilən gənclər siyasəti də məhz onun adı ilə bağlıdır:

"Xalqımızın dahi rəhbəri, Ümummilli Lider Heydər Əliyevin 1997 - ci ildə imzaladığı müvafiq sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Təbii ki, görülən hər bir işin arxasında dərin zəhmət və sonsuz məhəbbət dayanır. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdana qədər ölkəni bürüyən xaos, hərc-mərclik birmənalı şəkildə gənclərdən də yan keçmirdi. Onlara lazımı səviyyədə diqqət, qayğı və şəraitin yaradılmaması ölkənin gələcəyini sual altına qoyurdu. Lakin
Ümummili Liderimiz Heydər Əliyevin 1993 - cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra gənclərimiz üçün yeni başlanğıc və ümidlər qapısı açıldı. Dahi şəxsiyyət Heydər Əliyev ilk gündən etibarən gənclərə yüksək etimad və inam göstərdi. Ulu Öndərin gənclərlə bağlı səsləndirdiyi fikirlər "Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır." Bu gün bu sözlər hər bir Azərbaycan gənci üçün əsas meyardır, istiqamətdir.

Ulu Öndər Heydər Əliyevin, əcdadlarımızdan bizə miras qalan zəngin dövlətçilik ənənələrinin və genetik kodlarımızdan gələn təşəbbüskarlıq fəlsəfəsinin məsuliyyətini dərk edən Azərbaycan gəncliyi bu gün ən yüksək platformalarda ölkəmizi təmsil etməklə. şanlı üçrəngli bayrağımızı dalğalandırmaqla üzərilərinə düşən missiyanı layiqincə yerinə yetirir.

Ümummili liderin siyasi kursunun layiqli davamçısı, Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq uğurla davam etdirilir. Gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə fəal iştirakı məhz dövlət başçısı ilə başlayan yeni bir eranın spesifik xüsusiyyətləridir. Cənab Prezident İlham Əliyev hər daim gənclərə yüksək diqqət və qayğı göstərir. Ölkə rəhbərinin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. 2007 - ci ilin "Gənclər ili" elan edilməsi, 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi uğurlu gənclər siyasətinin sadəcə bir fraqmentidir. Təbii ki, bu uğurlar saymaqla bitməz. Keçən müddət ərzində Azərbaycan gəncliyi məhz Möhtərəm cənab Prezident İlham Əliyevin liderliyi ilə elə bir gücə sahib oldu ki, həmin güc 30 illik işğala, ağrıya, acıya, vətən nisgilinə son qoydu. Vətənpərvər ruhda yetişən Vətən oğulları canlarından keçərək bir göz qırpımında düşməni məhv etdi, şərəfimizi ucaltdı. İndi məhz həmin gənclik Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinin lokomotivinə çevrilmişdir. Qarabağ universitetində yetişən savadlı gənclər məhz işğaldan azad olunmuş torpaqların işıqlı gələcəyinin təminatçılarıdır.
2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edir, onlara möhkəm cansağlığı, sonsuz uğurlar və vətənimizin inkişafı naminə yeni-yeni nailiyyətlər diləyirəm".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1031   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Emoməli Rəhmon Azərbaycana yola düşüb

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət

14 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr