Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - FotoOktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirib, bu səfərin, eyni zamanda, gündəlikdə duran ikitərəfli məsələlərin müzakirəsi üçün imkan yaratdığını deyib.

Özünün Vyetnama, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərini xatırladan Prezident İlham Əliyev bu səfərlər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd edib, əlaqələrimizin strateji tərəfdaşlıq mahiyyəti daşıdığını bir daha vurğulayıb.

Azərbaycan Prezidenti ölkəmizin AQEM-də sədrliyinin müddətinin uzadılmasına göstərdiyi dəstəyə görə Vyetnama minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəbula görə təşəkkür edən qonaq ölkəmizə daha əvvəlki səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

Vitse-prezident Vo Thi An Suan Azərbaycanın əldə etdiyi nailiyyətlər, həmçinin AQEM-ə uğurla sədrliyi və bu qurumun Zirvə Görüşünün Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, ölkəsi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir.

Azərbaycanla Vyetnam arasında tarixi əlaqələri qeyd edən qonaq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibinin ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının əlaqələrimizin yeni səviyyəyə çatdırılmasında mühüm rol oynadığını bildirib.

Vyetnam Sosialist Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu zaman Vyetnama, həmçinin dövlətimizin başçısının bu ölkəyə səfərləri məmnunluqla xatırlanıb, bu tarixi irsin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd edilib.

Qonaq Vyetnamın azadlıq mübarizəsindən sonra bu ölkənin inkişafında, həmçinin energetika sektorunun bərpasında, kadr potensialının hazırlanmasında vaxtilə Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyərək, bunun ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı tarixi ənənə və əsas yaratdığını qeyd edib. O, həmçinin sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını məmnunluqla xatırlayıb.

Görüşdə Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi, siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadi, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, sərmayələr, azad viza rejiminin tətbiqi sahələrində tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Energetika sahəsində əməkdaşlığa toxunularaq, SOCAR ilə "PetroVyetnam" arasında Anlaşma Memorandumunun imzalandığı və bundan irəli gələrək tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Qonaq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkürünü bildirib, Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - FotoPrezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - FotoPrezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - FotoPrezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - FotoPrezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - FotoPrezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - FotoPrezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 134   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

14 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə

13 oktyabr
.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

İlham Əliyev "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət etdi

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurm

14 oktyabr
.

İlham Əliyev: "Yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır"

"Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı"

14 oktyabr
.

23 illik siyasi yol: Güclənən Azərbaycan, bərpa olunan suverenlik

15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin Prezident seçilməsindən ötən 23 il ərzində ölkə iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə mühüm dəyişikliklər yaşadı. Bu dövrün ən əlamətdar hadisələri sırasında dövlət quruculuğunu

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr