1 yaşlı qızına qarşı zorakılıq göstərdiyi iddia edilən ana məhkəmə qarşısına çıxarılıb - VİDEO
Antalyada 1 yaşlı qızına qarşı zorakılıq göstərdiyi iddia edilən ana məhkəmə qarşısına çıxarılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırma Osman Vesek adlı şəxsin müraciətindən sonra başlanıb. O, həyat yoldaşı İmane Motinin 1 yaşlı qızlarına qarşı zorakılıq tətbiq etdiyini evə quraşdırdığı gizli kamera vasitəsilə qeydə alaraq hüquq-mühafizə orqanlarına təqdim edib. Şikayətdən sonra saxlanılan Moti barəsində həbs qətimkan tədbiri seçilib və o, istintaq müddətində həbsdə saxlanılıb.
Məlumata görə, 2023-cü ildə Mərakeş vətəndaşı olan İmane Moti ilə ailə quran Osman Vesekin bu nikahdan ötən il bir qızı dünyaya gəlib. Ata övladının bədənində göyərtilər görərək məsələ ilə maraqlanıb. Ananın isə uşağın yeriməyə yeni başladığını və tez-tez yıxıldığını dediyi bildirilir. Lakin şübhələri artan ata evə gizli kamera yerləşdirib. Kadrlara baxdıqdan sonra isə azyaşlının anası tərəfindən zorakılığa məruz qaldığını gördüyünü iddia edərək hüquqi addım atıb.
Məhkəmədə ifadə verən İmane Moti uşağına yalnız bir dəfə vurduğunu deyib. O, psixoloji vəziyyətinin pozulduğunu bildirərək peşman olduğunu və səhv etdiyini söyləyib. Təqsirləndirilən şəxs həmçinin azyaşlı qızının həsrətini çəkdiyini dilə gətirərək məhkəmədən azadlığa buraxılmasını xahiş edib.
Hakimin "Uşaq ağlayarkən makiyaj etdiyiniz doğrudurmu?" sualına "Bəli" cavabını verən Moti, uşağı boğazından tutaraq divana tərəf itələməsi ilə bağlı sualı isə təkzib etməyə çalışıb və yalnız bir dəfə vurduğunu təkrar edib.
Faktla bağlı məhkəmə araşdırması davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 908 Tarix: 04 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabr