"Azərbaycan normallaşma prosesini siyasi bəyanatlar müstəvisindən çıxararaq praktik mərhələyə keçirir" - AÇIQLAMA

"Azərbaycan normallaşma prosesini siyasi bəyanatlar müstəvisindən çıxararaq praktik mərhələyə keçirir" - AÇIQLAMAAzərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Sonxeber.az xəbər verir ki, liderlər TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.

"Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son təmaslar göstərir ki, Azərbaycan normallaşma prosesini artıq siyasi bəyanatlar müstəvisindən çıxararaq institusional və praktik mərhələyə keçirir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin təşviqi və etimad quruculuğu tədbirlərinin genişləndirilməsi Bakının sülh gündəmini yalnız dövlətlərarası deyil, cəmiyyətlərarası müstəviyə də daşımaq niyyətinin göstəricisidir. Bu, post-münaqişə dövründə uzunmüddətli sabitliyin əsas şərtlərindən biridir.

TRIPP və digər bağlantı layihələrinin müzakirəsi isə Azərbaycanın regionda iqtisadi inteqrasiyanın əsas lokomotivi rolunu daha da möhkəmləndirdiyini göstərir. Bakı açıq şəkildə mesaj verir: sülh təkcə siyasi sənəd deyil, real iqtisadi dividentlər yaradan regional əməkdaşlıq modelidir. Ermənistan üçün bu layihələrə qoşulmaq artıq seçim yox, zərurətə çevrilir - əks halda ölkə regional proseslərdən kənarda qalmaq riskini artırır.

Ən önəmlisi, Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti nəticəsində normallaşma prosesi Azərbaycanın müəyyən etdiyi çərçivə daxilində irəliləyir: qarşılıqlı suverenliyin tanınması, sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması və revanşist yanaşmalardan imtina. Ermənistan tərəfi isə getdikcə daha aydın şəkildə anlayır ki, alternativ ssenari yoxdur.

Bu kontekstdə liderlərin təmasları davam etdirmək barədə razılaşması Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının məhz Bakının strateji baxışı əsasında formalaşdığını təsdiqləyir. Azərbaycan bu prosesdə passiv tərəf deyil - regionun gələcəyini dizayn edən əsas siyasi aktordur. Ermənistan isə bu reallığa uyğunlaşmaq məcburiyyətindədir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 733   Tarix: 04 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

9 oktyabr
.

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra MDB çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb

9 oktyabr
.

Düşünülmüş və məqsədyönlü siayasət

Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı olduqca əhəmiyyətli idi. Ölkəmizin başçısı Şuranın geniş tərkibdəki iclasında çıxışında mühüm məsələlərə toxundu. Azərbaycanın MDB məkanında hər zaman sülh və əməkdaşlığa nail olma

9 oktyabr
.

Türkmənbaşı görüşü fonunda Azərbaycanın MDB-də əməkdaşlıq xətti necə formalaşır? - Video

Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıqda milli maraqlarını əsas götürərək regional əlaqələrin inkişafı və qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə töhfə verməyə çalışır. xəbər verir ki, bu barədə Baku TV-nin Türkmənistana ezam olunmuş əməkdaşı Xatirə Məmmədovanı

9 oktyabr
.

Putin MDB liderlərini Yeni il ərəfəsində qeyri-rəsmi görüş üçün Sankt-Peterburqa dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin MDB-dən həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ənənəvi qeyri-rəsmi Yeni il ərəfəsində sammitə dəvət edib. xəbər verir ki, bu barədə Rusiya prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşü zamanı deyib:. "Əlbəttə ki

9 oktyabr
.

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində yeni mərhələ

"Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü Azərbaycan ilə region ölkələri arasında münasibətlərin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq müstəvisinə keçdiyini göstərir. Görüşdə qəbul edilə

9 oktyabr
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

9 oktyabr
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam

10 oktyabr
.

Lavrovdan Bayramov və Əraqçıya xüsusi maraq: Davranışı ilə diqqət çəkdi - Video

Müstəqil Dövlətlər Birliyinin (MDB) toplantısından öncə Azərbaycan, Rusiya və İranın xarici siyasət idarələrinin rəhbərləri - Ceyhun Bayramov, Sergey Lavrov və Abbas Əraqçı arasında qısamüddətli söhbət baş tutub. -ın məlumatına görə, görüşlə bağlı görüntüləri RT kanalı özünün "X" sosial şəbək

9 oktyabr