"Gecə üçdə dedilər ki, sabahdan işə gəlməyin" - "By Ruslan Pizza"da əməkhaqqı qalmaqalı
İşçilər "By Ruslan Pizza" adlı müəssisədən şikayətçidirlər. Onların sözlərinə görə, artıq iki aydır əməkhaqqılarını ala bilmirlər.
Şikayətçilərdən biri bildirib:
"Ümumilikdə 680 manat maaş alırdıq. Məbləğin yarısını karta köçürürdülər, yarısını isə nağd şəkildə verirdilər. Nağd hissə hazırda ödənilməyib. İşləmişəm, əziyyət çəkmişəm, tər tökmüşəm, pulumu versinlər".
Başqa bir işçi isə deyib: "İki aydır ki, maaşımızı vermirlər. Üstəlik, bizi maddə ilə işdən çıxarıblar. Buna görə də başqa yerdə işə düzələ bilmirik".
Digər şikayətçinin sözlərinə görə, gecə saat üçdə onlara mesaj göndərilərək bildirilib ki, sabahdan işə gəlməsinlər, çünki obyekt bağlanır:
"O vaxtdan bəri əlaqə saxlayırıq ki, bizi qeydiyyatdan çıxarsınlar, başqa yerdə iş tapa bilək. Bizə deyirlər ki, kompüterlər obyektdə qalıb, sənədləşmə apara bilmirik".
Restoran sahibi Mehdi Ruslan isə məsələyə münasibət bildirərək qeyd edib ki, işçilərə həm rəsmi, həm də qeyri-rəsmi şəkildə işdən çıxarılmaları barədə əvvəlcədən xəbərdarlıq edilib:
"Məkanlarım bağlananda işçilərdən soruşdum ki, yeni obyekt açıb fəaliyyətimi bərpa etsəm, mənimlə işləməyə davam edəcəksinizmi? Hamısı dedi ki, əmək müqaviləmizə xitam vermə, səni gözləyəcəyik. Mən də onların sözünə inanaraq müqavilələri ləğv etmədim və yeni obyekt açmaq üçün işlərə başladım. Bir müddət sonra isə bir qrup şəxsin mənim köhnə şəriklərimlə qalıb işlədiklərini öyrəndim".
Məsələ ilə bağlı Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, "By Ruslan Pizza" müəssisəsində əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş müraciət araşdırılır: "Məsələnin dəqiqləşdirilməsi məqsədilə şikayətçi DOST mərkəzinə dəvət olunub, izahatı alınıb. Araşdırma çərçivəsində işəgötürəndən işçiyə aid müvafiq sənədlərin təqdim edilməsi tələb edilib. Müraciəti təsdiq edən əlavə sübutlar təqdim edildiyi halda araşdırma davam etdiriləcək"./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1126 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabr