"ASPENDOS CATERING şirkəti qanunsuz işdən çıxarılma ilə bağlı AÇIQLAMA VERDİ: "Aşpaz yeyinti edib"

"ASPENDOS CATERING şirkəti qanunsuz işdən çıxarılma ilə bağlı AÇIQLAMA VERDİ: "Aşpaz yeyinti edib"Xəbər verdiyimiz kimi, Gəncə şəhər sakini İsmayılov Təbriz Müslüm oğlu əmək hüquqlarının pozulduğunu iddia edərək media vasitəsilə şikayətini ictimailəşdirmişdi.

O bildirmişdi ki, "ASPENDOS CATERING" şirkətində rəsmi şəkildə baş aşpaz vəzifəsində çalışıb. Bazar günü qanuni istirahət günü olub və bu barədə rəhbərliyə əvvəlcədən məlumat verib. Lakin növbəti iş günündə, axşam saatlarında ona işdən azad edildiyi bildirilib.

Təbriz İsmayılov iddia edib ki, işdən çıxarılmasının səbəbini soruşduqda rəhbərlik konkret hüquqi əsas göstərməyib və yalnız "İki qoçun başı bir qazanda qaynamaz" ifadəsi ilə başqa bir aşpazla aralarında anlaşmazlıq olduğunu qeyd edib.

Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etməyə hazırlaşdığını bildirmişdi.

Məsələ ilə bağlı qarşı tərəf "ASPENDOS CATERING" şirkətinin təçhizatçısı Rəşad Əhmədxanov Sonxeber.az -a açıqlama verib.

Əhmədxanovun bildirdiyinə görə, Təbriz adlı şəxs müəssisənin mətbəxində aşpaz vəzifəsində çalışmış və hazırda da rəsmi ştat üzrə əməkdaşdır:

"Yanvar ayı üzrə aparılan sayım zamanı sifariş olunaraq istifadə edilmiş məhsullarla faktiki qalıq arasında nəzərəçarpacaq və kütləvi uyğunsuzluqlar aşkar edilmişdir. Məsələ ilə bağlı ona müraciət etdikdə, yeməkləri özünə məxsus standart çərçivəsində hazırladığını bildirmişdir. Lakin mətbəx üzrə sərfiyyat göstəriciləri düzgün şəkildə sənədləşdirilməmiş, qeydlər qarışıq aparılmışdır ki, bu da hesabatların dəqiq çıxarılmasını çətinləşdirmişdir.

Bununla yanaşı, nəzərə alınmamışdır ki, bir ay ərzində istifadə olunan məhsul miqdarı ilə ay sonu qalıqları müqayisə etməklə təxmini aylıq sərfiyyatı müəyyənləşdirmək mümkündür. Catering sistemində çalışan hər bir aşpaza məlumdur ki, ona təqdim olunan normativlərdən kənara çıxmaq qayda pozuntusu hesab olunur.

Təbriz bəyə norma pozuntuları ətraflı şəkildə izah edilsə də, o, aşpaz kimi baş ofisin tövsiyə və göstərişlərini nəzərə almamış, öz yanaşmasını tətbiq etməyə davam etmişdir. Bu hal artıq ikinci dəfə idi ki, sayım zamanı məhsullar üzrə kütləvi itkilərlə müşahidə olunurdu.

Yaranmış vəziyyət bizi daha ciddi addımlar atmağa vadar etmiş və daxili araşdırmaya başlamaq qərarı verilmişdir. Vəziyyətdən məlumatlı olan Təbriz bəy isə araşdırmanın nəticəsində məsuliyyət məsələsinin gündəmə gələ biləcəyini nəzərə alaraq, özünü haqsızlığa məruz qalmış şəxs kimi təqdim etməyə çalışmış və media qurumu kimi sizə müraciət etməyi üstün tutmuşdur.

Bu kimi hallara müəssisəmiz tərəfindən yol verilməsi arzuolunan deyil. Bu günə qədər heç bir nümayəndəyə qarşı hörmətsizlik edilmədiyi kimi, bundan sonra da şirkət olaraq belə bir niyyətimiz yoxdur".

Qeyd edək ki, Təbriz İsmayılovla "Aspendos Catering" MMC-nin nümayəndələri məsələ ilə bağlı dəfələrlə əlaqə saxlayıblar. Şəxs MMC-yə son müraciəti zamanı qısa müddət ərzində kompensasiyasının ödənilməyəcəyi təqdirdə, şirkəti media orqanlarında və digər platformalarda cəmiyyət üçün zərərli qurum kimi təqdim edəcəyini və bununla da şirkətin imicinə zərər vuracağını açıq şəkildə ifadə edib:

"'"Aspendos Catering" MMC məsələnin hüquqi müstəvidə davam etdiriləcəyini bildirir. Bundan sonrakı mərhələdə şər və böhtan xarakterli məlumatların yayılması, işgüzar nüfuza xələl gətirilməsi, təqdim olunmuş vəzifə səlahiyyətlərindən mümkün sui-istifadə və işə qeyri-ciddi yanaşma halları üzrə məsələnin hüquq-mühafizə orqanlarına təqdim olunması nəzərdə tutulur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 984   Tarix: 06 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr