"Azərbaycan üçün dünyanın ən qüdrətli dövləti olan ABŞ ilə strateji tərəfdaş olmaq böyük siyasi və beynəlxalq əhəmiyyət daşıyır" - DEPUTAT

"Azərbaycan üçün dünyanın ən qüdrətli dövləti olan ABŞ ilə strateji tərəfdaş olmaq böyük siyasi və beynəlxalq əhəmiyyət daşıyır" - DEPUTAT"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-ABŞ münasibətlərində tamamilə yeni, strateji və tarixi mərhələnin başlandığını nümayiş etdirdi. Bu səfər təkcə diplomatik hadisə deyil, həm də qlobal geosiyasi reallıqlar fonunda regionun gələcəyini müəyyənləşdirən mühüm siyasi dönüş nöqtəsidir".

Bu sözləri Sonxeber.az Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqam Tramp-Vens administrasiyasının Azərbaycana göstərdiyi müsbət münasibətə görə minnətdarlıq ifadəsi idi:

"Bu diplomatik jest sadəcə nəzakət çərçivəsində deyil, konkret siyasi nəticələrə əsaslanan təşəkkür idi. Altı ay əvvəl Vaşinqtonda Prezident Donald Trampla keçirilmiş tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması barədə sənədin imzalanması bugünkü nailiyyətlərin başlanğıc nöqtəsi olmuşdur.

Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir. Bu sənəd diplomatik münasibətlərin genişlənməsi deyil, siyasi, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələrində sistemli və uzunmüddətli əməkdaşlığın institusional əsasının yaradılmasıdır.

Azərbaycan üçün dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük siyasi və beynəlxalq əhəmiyyət daşıyır. Bu fakt Azərbaycanın artan beynəlxalq nüfuzunun, müstəqil xarici siyasət kursunun və regional lider statusunun təsdiqidir.

Xüsusilə diqqət çəkən məqam Ağ Evdə Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasıdır. Altı ay ərzində regionda sabitliyin qorunması göstərir ki, bu proses real siyasi iradəyə əsaslanır. Azərbaycan artıq sülh şəraitində yaşamağın yeni mərhələsinə qədəm qoymuşdur".

Deputat onu da vurğuladı ki, Tramp-Vens administrasiyasının regiona ən mühüm töhfələrindən biri TRIPP - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsidir:

"Bu layihə yalnız Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantını təmin etməyəcək, həm də Asiya ilə Avropanı birləşdirən qlobal nəqliyyat arteriyasına çevriləcəkdir. Bu, Orta Dəhlizin funksional genişlənməsi və regionun geoiqtisadi xəritəsinin yenidən formalaşması deməkdir.

Enerji təhlükəsizliyi məsələsində Azərbaycan artıq 16 ölkəyə, o cümlədən 11 NATO üzvünə təbii qaz ixrac edir. ABŞ ilə enerji əməkdaşlığının genişləndirilməsi, interkonnektor layihələrinin təşviqi və mülki nüvə əməkdaşlığı perspektivləri strateji tərəfdaşlığın mühüm istiqamətləridir.

Süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq isə münasibətlərin gələcəyə hesablanmış komponentidir. ABŞ-ın aparıcı şirkətləri ilə əməkdaşlıq nəticəsində Azərbaycanda AI data mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik sahəsində bacarıqların artırılması və innovasiya körpülərinin formalaşdırılması planlaşdırılır.

Təhlükəsizlik sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Müdafiə sənayesi məhsullarının satışı, antiterror əməliyyatları, kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahəsində birgə fəaliyyət regionun sabitliyini möhkəmləndirəcəkdir.

Beləliklə, vitse-prezident Cey Di Vensin Azərbaycana səfəri təkcə diplomatik hadisə deyil, strateji transformasiyanın başlanğıcıdır. Azərbaycan-ABŞ münasibətləri artıq regional deyil, qlobal əhəmiyyət kəsb edən əməkdaşlıq modelinə çevrilir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 817   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Emoməli Rəhmon Azərbaycana yola düşüb

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət

14 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr