"Dövlətə sədaqət, qanuna hörmət, milli maraqlara bağlılıq bu ideyanın əsas sütunlarıdır" - AÇIQLAMA
"Əvvəlcə qeyd edim ki, Azərbaycançılıq ideyası sadəcə şüar deyil. Bu, dövlətçilik fəlsəfəsidir. Bu ideya millətin tarixi yaddaşını, mədəni kimliyini, dilini, torpağa bağlılığını və müasir dünyada rəqabət qabiliyyətini özündə birləşdirən strateji konsepsiyadır. Ona görə də Azərbaycançılığın təbliği kampaniya xarakterli yox, sistemli və davamlı olmalıdır. Biz bir həqiqəti qəbul etməliyik ki, dövlətçilik təfəkkürü ilk növbədə ailədən başlayır. Uşaq ilk dəfə dil açanda "ana", "Vətən", "bayraq", "şəhid", "ordu", "dil" anlayışlarını ailədə eşitməlidir. Əgər valideyn dövlətə hörmət göstərirsə, milli dəyərlərə sahib çıxırsa, o uşaq üçün vətənpərvərlik təbii hissə çevrilir. Deməli, maarifləndirmə yalnız məktəbdə yox, ilk növbədə valideynlərlə iş müstəvisində də aparılmalıdır. Ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması dövlətçilik ideologiyasının ilkin pilləsidir. İkinci mərhələ məktəbəqədər təhsil, yəni bağça dövrüdür. Dövlətçilik təfəkkürü məhz bu yaşda formalaşmağa başlayır. Uşaqlara bayraq, gerb, himn, milli qəhrəmanlar haqqında yaş səviyyəsinə uyğun vizual və interaktiv materiallarla məlumat verilməlidir. Animasiya filmləri, uşaq kitabları, patriotizm və vətənpərvərlik ruhunda oyun proqramları hazırlanmalıdır. Azərbaycançılıq uşağa məcburi ideologiya kimi deyil, qürur hissi kimi aşılanmalıdır"
Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, təhsil sistemində isə konkret addımlar atılmalıdır:
"Tarix və ədəbiyyat dərslikləri faktoloji məlumatla kifayətlənməməli, milli kimlik şüurunu gücləndirən məzmunla zənginləşdirilməlidir. Eyni zamanda, qalib xalqın nümayəndəsi kimi müasir qəhrəmanlıq nümunələri - Vətən müharibəsi iştirakçıları, alimlər, mədəniyyət xadimləri dərsliklərdə və tədris metodikasında sistemli şəkildə təqdim olunmalıdır. Məktəblərdə debat klubları, dövlətçilik mövzusunda esse, məqalə və digər layihə müsabiqələri keçirilməlidir. Ali məktəblərdə "Azərbaycan dövlətçilik modeli", "Multikulturalizm və milli kimlik" kimi fənlərin yükü artırılmalıdır.
Media tərəfi isə bu prosesin ideoloji lokomotividir. Televiziyalar, sosial şəbəkələr reytinq naminə bayağılıq yox, milli düşüncəni gücləndirən məzmun istehsal etməlidir. Televiziyalarda sənədli filmlər, Vətən müharibəsi qəhrəmanları haqqında bədii filmlər, analitik proqramlar, tarixi seriallar, maarifləndirici tok-şoular artırılmalıdır. Sosial şəbəkələrdə gənclərə xitab edən, müasir dillə hazırlanmış videoçarxlar, ailə institutunu möhkəmləndirən vətənpərvərlik kontentləri vacibdir. Azərbaycançılıq ideyası rəqəmsal platformalarda da güclü şəkildə təmsil olunmalıdır".
Ekspert onu da vurğuladı ki, dövlət qurumlarının üzərinə düşən əsas vəzifə koordinasiyadır:
"Bu sahədə pərakəndə yox, vahid konseptual yanaşma olmalıdır. Gənclər siyasəti, diaspora fəaliyyəti, mədəniyyət strategiyası və informasiya təhlükəsizliyi bir-biri ilə uzlaşdırılmalıdır. Xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunması da Azərbaycançılıq ideyasının mühüm tərkib hissəsidir.
Unutmayaq ki, Azərbaycançılıq təkcə etnik məfhum deyil, bu, vətəndaşlıq şüurudur. Bu torpaqda yaşayan hər kəsin özünü Azərbaycan dövlətinin ayrılmaz hissəsi kimi hiss etməsi çox vacibdir. Dövlətə sədaqət, qanuna hörmət, milli maraqlara bağlılıq bu ideyanın əsas sütunlarıdır.
Hesab edirəm ki, Azərbaycançılığın effektiv təbliği üçün ailədən başlayan, bağçada formalaşan, məktəbdə sistemləşən, mediada möhkəmlənən və dövlət siyasəti ilə koordinasiya olunan vahid ideoloji xətt formalaşdırılmalıdır.
Çünki güclü dövlət yalnız güclü iqtisadiyyatla yox, həm də güclü milli şüurla qurulur. Azərbaycançılıq ideyası isə həmin milli şüurun strateji dayağıdır", - deyə baş redaktor əlavə edib.
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi