Azərbaycan əldə etdiyi bu texnikalarla düşməni məhv edəcək – ORDUMUZUN VAHİMƏYƏ SALAN SİLAHLARI

Ermənistanın rəhbər şəxsləri, eləcə də ehtiyatda olan general və polkovnikləri cəbhədə gərginlik yaranan kimi Azərbaycanı Rusiya istehsalı olan "İsgəndər" raketləri ilə hədələməyə başlayırlar.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan hətta bu raketin Bakıya doğru istiqamətlənə biləcəyini də vurğulayıb. Prezident Serj Sarkisyan təmas xəttində gərginlik davam edəcəyi halda "Qarabağ"ı və ordakı əsgərləri qorumaq üçün bütün silah arsenalından istifadə ediləcəyini bildirib:

"Azərbaycan tərəfi belə ciddi şəkildə hücumlara davam edərsə və vəziyyəti genişmiqyaslı müharibəyə gətirib çıxararsa, biz Qarabağı qorumaq üçün sonuna qədər mübarizə aparacaq və əlimizdə olan silah arsenalının hamısından istifadə edəcəyik".

Qeyd edək ki, Ermənistanın silah arsenalına Rusiya istehsalı olan "İsgəndər" raketləri də daxildir. Mətbuatda yazılan informasiyalara görə, Ermənistan atəş dairəsi 500 kilometr olan son "İsgəndər-M" sistemi ilə yox, daha qısa məsafəli (280-300 kilometr) "İsgəndər-E" kompleksilə təchiz edilib.

Azərbaycan əldə etdiyi bu texnikalarla düşməni məhv edəcək – ORDUMUZUN VAHİMƏYƏ SALAN SİLAHLARIİsgəndər raketinin "İsgəndər-M", "İsgəndər-E", "İsgəndər-K" variantları mövcuddur. Texnikanın çəkisi 3800 kq, uzunluğu 7,3 metrdir. Raketin bu növləri içərisində "İsgəndər-M" variantı daha çox təkmilləşdirilib. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur. İstimar müddəti 10 ildir. Raketin hədəfi vurması üçün minimal məsafəsi 50 km, maksimal isə 500 km-ə qədərdir. "İsgəndər-M"-in digər özəlliyi isə raket start anından etibarən düz istiqamətdə deyil, qarışıq şəkildə və ziqzaqvari hərəkət edir. Bu da onun radara düşmə ehtimalını daha da azaldır".

Bəs Azərbaycanın "İsgəndər" raketini, eləcə də düşmənin digər texnikalarını məhv etmək üçün əldə etdiyi silahlar hansılardır?

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bizdə "İsgəndər"dən də güclü İsrail istehsalı olan "Dəmir Günbəz" var. Daha sonra, Türkiyə istehsalı olan "Qasırğa"mız var. Çəkinməyə və narahat olmağa heç bir əsas yoxdur". Prezident Pakistanda keçirdiyi görüşlərdə də bir daha bəyan etdi ki, müdafiə və təhlükəsizliyimiz üçün nə lazımdırsa, onu alacağıq. Ermənilər nə qədər danışsalar, nə qədər ruslar onlara dəstək versələr də, bunun xeyri yoxdur. Azərbaycanın mövqeyi qətidir. Azərbaycan Silahlı Qüvvələri ən müasir və sonuncu nəsil silahları alıb, alır, bundan sonra da alacaq".

Türkiyə istehsalı olan "Qasırğa" raketi:

Ekspert əlavə edib ki, Azərbaycan Pakistandan "JF-17 Thunder" qırıcı təyyarəsi alır:

"Bu qırıcının təlim və döyüş variantları var. Amma biz müharibə şəraitində olduğumuz üçün döyüş üçün nəzərdə tutulanını alacağıq. Yəqin ki, sonrakı mərhələlərdə də təlim variantı üçün nəzərdə tutulanlar alınacaq. Bir daha xatırladım ki, Pakistanın istehsal etdiyi silah-sursat, texnika ən müasir silahlardır və dünya standartlarına cavab verir"

Pakistan istehsalı "JF-17 Thunder" qırıcısı:

Onu bildirək ki, İsrail mətbuatı Azərbaycana "Dəmir Günbəz"- raketdən müdafiə sisteminin satılması ilə bağlı yayılan xəbərləri təsdiqləyib. Ekspertlərin sözləri ilə desək, "İsgəndər" raketindən də güclü olan "Dəmir Günbəz" raketdən müdafiə sisteminin göstəriciləri bunlardır:

"4 kilometrdən 70 kilometrə qədər məsafədə kiçik mənzilli raketləri və artilleriya mərmilərini zərərsizləşdirə bilir".

Aşağıdakı video materialda "Dəmir Günbəz" raketdən müdafiə sistemi necə işlədiyi göstərilir:

Erməniləri qorxuya salan "Dəmir Günbəz" sistemi:

Aşağıdakı video materialda Azərbaycanın 2016-ci ildə aldığı bəzi texnikalara baxa bilərsiniz:

Azərbaycan əldə etdiyi bu texnikalarla düşməni məhv edəcək – ORDUMUZUN VAHİMƏYƏ SALAN SİLAHLARI(a24.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3736   Tarix: 08 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel
.

KİV: Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti (UTX) təşkil edib. "Report" xəbər verir ki, bunu "Hromadske"yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Həmsöhbətin sözlərinə görə, "artıq uğurlu hücum haqqında danışma

17 mart
.

Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır - Polkovnik danışdı - VİDEO

"Sülh sazişi imzalamaq ərəfəsində sərhəddə belə bir təxribat törətmək onu göstərir ki, Ermənistan sülhə hazırlaşırmır, müharibəyə hazırlaşır". xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyətlə iş üzrə sabiq müavini, ehtiyatda olan polkovni

14 fevral
.

Dörd ay komada qalan hərbçimiz şəhid olub

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub. APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur. Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhi

28 yanvar
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel