"Azərbaycan üçün Serbiya Balkan regionunda önəmli tranzit və tərəfdaş ölkədir" - AÇIQLAMA

"Azərbaycan üçün Serbiya Balkan regionunda önəmli tranzit və tərəfdaş ölkədir" - AÇIQLAMAAzərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri iki xalq üçün yeni əməkdaşlıq və rifah imkanları açır.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı paylaşımında qeyd edib.

"Mənim üçün Azərbaycan Prezidenti İlham Əliyevi qəbul etmək və birlikdə Serbiya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində çalışmaq böyük şərəf oldu. Bu səfər xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açan ortaq dəyərlərimizin və baxışlarımızın təsdiqidir. Əziz dostum, səfəriniz üçün təşəkkür edirəm! Tezliklə yenidən görüşmək ümidi ilə!", - deyə o qeyd edib.

"İlham Əliyev-in Serbiya-ya rəsmi səfəri və bu çərçivədə müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması Azərbaycan-Serbiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Bu səfər iki ölkə arasında əlaqələrin artıq strateji tərəfdaşlıq səviyyəsində formalaşdığını nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilir. İmzalanan sazişlər enerji, nəqliyyat, ticarət, mədəniyyət və təhsil istiqamətlərində əməkdaşlığı daha sistemli və institusional çərçivəyə salır.

Azərbaycan üçün Serbiya Balkan regionunda önəmli tranzit və tərəfdaş ölkədir. Bu əməkdaşlıq Avropaya çıxış imkanlarını genişləndirir, enerji resurslarının şaxələndirilməsi və yeni bazarlara inteqrasiya baxımından strateji əhəmiyyət daşıyır. Serbiya üçün isə Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı alternativ mənbə olmaqla yanaşı, investisiya və iqtisadi əməkdaşlıq baxımından da perspektivli tərəfdaşdır.

Hər iki ölkənin beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi münasibətlərin siyasi təməlini daha da möhkəmləndirir. Bu qarşılıqlı dəstək diplomatik münasibətlərdə etimadı artırır və tərəflərin mövqelərini gücləndirir.

İqtisadi sahədə qarşılıqlı investisiya imkanlarının artması, biznes əlaqələrinin genişlənməsi və humanitar əməkdaşlığın dərinləşməsi xalqlar arasında yaxınlaşmanı sürətləndirir, uzunmüddətli tərəfdaşlıq üçün möhkəm sosial baza formalaşdırır.

Ümumilikdə, səfərin strateji mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Balkanlarda mövqeyini daha da gücləndirir, Serbiya isə enerji və iqtisadi şaxələndirmə istiqamətində yeni imkanlar əldə edir. Nəticə etibarilə, münasibətlər qarşılıqlı fayda prinsipi əsasında daha dayanıqlı və perspektivli əməkdaşlıq mərhələsinə yüksəlir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 667   Tarix: 16 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Emoməli Rəhmon Azərbaycana yola düşüb

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət

14 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr