Hokinq 10 il əvvəl dünyaya xəbərdarlıq etmişdi: Onun sözləri hələ də alimləri narahat edir

Hokinq 10 il əvvəl dünyaya xəbərdarlıq etmişdi: Onun sözləri hələ də alimləri narahat edirMəşhur astrofizik Stiven Hokinq bəşəriyyətin üzləşdiyi ekzistensial təhlükələr barədə açıq danışırdı. O, bir dəfə səsləndirdiyi ciddi xəbərdarlıqla bu gün də narahatlıq doğurur.

Qayanrinfo xəbər verir ki, bu barədə BGR yazır.

Hokinq bəşəriyyəti nə barədə xəbərdar etmişdi?

Nəşr xatırladır ki, Hokinq 2016-cı ildə Oksford Universitetində etdiyi çıxışında bildirmişdi: "Bu il Yer planetində fəlakət ehtimalı kifayət qədər aşağı ola bilər, lakin zaman keçdikcə bu ehtimal artır və növbəti 1000 və ya 10 000 il ərzində demək olar ki, qaçılmaz olur".

Alim əlavə etmişdi ki, çox güman ki, həmin vaxta qədər insanlar digər planetləri və hətta ulduzları kolonizasiya edəcəklər, buna görə də Yer üzündə baş verəcək fəlakət bəşər nəslinin sonu demək olmayacaq.

Nəşrdə qeyd olunur ki, Hokinqin dünyanın sonu ilə bağlı proqnozu və bunun həlli kimi kosmosun kolonizasiyası ideyası müasir kosmik yarışın əsasını təşkil edən müəyyən ritorikanı əks etdirir. Xüsusilə, İlon Mask və Ceff Bezos kimi milyarderlər də oxşar fikirləri səsləndirirlər.

Bundan əlavə, nəşr vurğulayır ki, 2026-cı ilin yanvarında "Qiyamət saatı" 79 illik tarixində ən qaranlıq bəyanatını yayıb. Elm və Təhlükəsizlik Şurası saatın əqrəblərini "gecə yarısına 85 saniyə qalmış" vəziyyətinə gətirib. Bu isə bəşəriyyətin özünü məhv etməyə çox yaxın olduğunu göstərir.

Hokinqin digər bəyanatları

Nəşr xatırladır ki, Hokinq 2016-cı ildə BBC-yə müsahibəsində iqlim dəyişikliyinin "Yer kürəsini məhvə sürükləyə biləcək dönüş nöqtəsinə" yaxınlaşdığını bildirmişdi.

Hazırda klimatoloqlar qlobal temperaturun sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsi artmasını kritik hədd kimi qiymətləndirirlər. Avropa İttifaqının "Copernicus" İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, 2025-ci ilin dekabrında temperatur artımı 1,41 dərəcə Selsi təşkil edib, 2029-cu ilin martında isə bu göstəricinin 1,5 dərəcəni keçəcəyi gözlənilir.

Bir çox ekspert hesab edir ki, qlobal ekoloji böhranın əsas səbəblərindən biri resurs tutumlu süni intellekt proqramlarının sürətli artımıdır. Lakin Hokinq süni intellektlə bağlı başqa təhlükə barədə xəbərdarlıq edirdi. O, sinqulyarlıq - yəni süni intellektin insan nəzarətindən çıxacağı an - riskindən ehtiyat edirdi.

Bundan başqa, Hokinq 2017-ci ildə "The Times" qəzetinə müsahibəsində bildirib ki, bəşəriyyət "bizə miras qalmış aqressiya instinktini" cilovlamalıdır, əks halda bu instinkt "hamımızı nüvə və ya bioloji müharibə ilə məhv edə bilər". Bununla belə, alim "bəşəriyyətin bu çağırışların öhdəsindən gələcəyinə inandığını" da vurğulayıb.

Dünyanın sonu Hokinqin düşündüyündən daha tez baş verə bilər

Bundan əvvəl alimlər kosmosun təxminən 10⁷⁸ ildən sonra yox ola biləcəyini açıqlayıblar. Onların sözlərinə görə, Kainat gözləniləndən daha sürətlə dağılır.

Bu nəticə Hokinq şüalanması ilə bağlı son hesablamalara əsaslanır. 1974-cü ildə Stiven Hokinq tərəfindən nəzəri cəhətdən təsvir edilən bu fenomen son dərəcə sıx obyektlərin - məsələn, qara dəliklərin və ya neytron ulduzlarının - kvant effektləri nəticəsində tədricən kütlə itirərək "buxarlanmasını" izah edir.

Alimlər bu prosesi digər kosmik cisimlərə də tətbiq edərək onların da yavaş-yavaş yox ola biləcəyini irəli sürüblər. Tədqiqat nəticəsində müəyyən edilib ki, ulduzların son qalıqları təxminən 10⁷⁸ ildən sonra yox olacaq. Bu isə əvvəlki modellərdə göstərilən təxminən 10¹¹⁰⁰ illə müqayisədə Kainatın sonunun xeyli daha tez baş verəcəyini göstərir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1861   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Netanyahu: İsrail İranın sursat istehsalı imkanlarının 70 %-ni məhv edib

İsrailin Baş naziri Benyamin Netanyahu İranın neft-kimya sənayesinə genişmiqyaslı zərbələr endirildiyini təsdiqləyib. "Report"un məlumatına görə, bununla bağlı açıqlama Netanyahunun "X" sosial şəbəkəsindəki səhifəsində yayılıb. "Sizə söz vermişdim ki, Tehranda (hakimiyyət orqanların

5 aprel
.

Bütün qitələr birləşəcək və iqlim daha sərtləşəcək: Bu nə vaxt baş verəcək?

Alimlərin proqnozlarına görə, təxminən 200-250 milyon il sonra Yer kürəsinin bütün qitələri yenidən bir superqitədə birləşəcək və bu proses planetin iqlimini kəskin şəkildə dəyişdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Geological Magazine" məlumat yayıb. Yer "canlı pazl"

7 aprel
.

İsrailin İstanbul konsulluğu qarşısında atışma: Biri öldürldü, ikisi tutuldu - VİDEO

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib. türk mediasına istinadən xəbər verir ki, insident zamanı bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Hadisə yerinə çoxlu sayda poli

7 aprel
.

Bu gün Xameneinin ölümü ilə bağlı anım mərasimi keçiriləcək

Bu gün Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü ilə bağlı anım mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Tehran yol polisinin rəisi Əbülfəzl Musəvipur IRNA agentliyinə bildirib. Onun sözlərinə görə, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 07:30

8 aprel
.

İran İsraili atəşkəsi pozmaqda rəsmən ittiham etdi

İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan ordusunun komandanı Asim Munirlə telefon danışığında İsrailin atəşkəs rejimini pozmasını müzakirə edib. "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, tərəflər gələcə

8 aprel
.

ABŞ-də avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb

ABŞ-nin Luiziana ştatında Laos Yeni ilinin qeyd edildiyi festivalın keçirildiyi ərazinin yaxınlığında avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb. "Report"un məlumatına görə, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib. Mənbələrin məlumatına görə

5 aprel
.

İraq hava məkanını açdı

İraqın Mülki Aviasiya İdarəsi aprelin 8-dən etibarən hava məkanının açıldığı və bütün aeroportların fəaliyyətinin bərpa edildiyi barədə açıqlama yayıb. xəbər verir ki, bu barədə "İraq" İnformasiya Agentliyi (INA) məlumat yayıb. Bu ölkənin hava məkanı İran ətrafında münaqişənin başlanmasında

8 aprel
.

Suriya hava məkanının açıldığını bəyan etdi

Suriya hava məkanını açıb və Dəməşq Beynəlxalq Aeroportu fəaliyyətini bərpa edib. xəbər verir ki, bu barədə sözügedən ölkənin Mülki Aviasiya və Hava Nəqliyyatı İdarəsi məlumat yayıb. "Əvvəllər bağlanan bütün hava dəhlizlərinin fəaliyyətinin bərpasını, Suriyanın hava məkanının açılmasını, həmçini

8 aprel
.

Okean dibində Yer kürəsinin gizli "qızıl mətbəxi" - Sirri açıldı

Yeni araşdırma göstərir ki, okean adası qövslərinin dərinliyində qızılın toplanması tək mərhələli proses deyil, su ilə zəngin mantiyanın yüksək temperaturda təkrar-təkrar əriməsi nəticəsində baş verir. Okean dibinin altında Yer kürəsinin "qızıl mətbəxi" fəaliyyət göstərir. Qaynarinfo xəbə

8 aprel