Türkiyədə bir qadın Ramazan təbilçilərinə etiraz etdi:"Bu adət artıq zəruri deyil" - VİDEO
Türkiyədə gənc bir qadın imsak vaxtı çalınan Ramazan təbilinin artıq zəruri olmadığını bildirərək bu ənənənin dayandırılmasını təklif edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Ramazan ayında imsak vaxtı küçələrdə təbil çalınmasına bir vətəndaş sosial media hesabı vasitəsilə etiraz edib. Kiçik bir şəhərdə yaşadığını qeyd edən gənc qadın, ənənəvi tətbiqin müasir dövrdə əvvəlki funksiyasını itirdiyini bildirib.
Onun sözlərinə görə, yaşadığı bölgədə imsak vaxtı saat 06:00-dır, lakin təbil səsi artıq saat 04:00-dan eşidilməyə başlayır. Vətəndaş hesab edir ki, hazırda insanların əksəriyyəti mobil telefon və digər elektron vasitələrlə alarm quraraq imsaka oyanır: "Oyanan var, oyanmayan var. Oyananlar artıq öz zəngləri ilə qalxır. İndi hər kəsin alarmı var, Ramazan təbilçisinə nə ehtiyac var?" - deyə o bildirib.
Gənc qadın ənənənin indiki şəraitdə praktik əhəmiyyətini itirdiyini, xüsusilə erkən saatlarda səslərin narahatlıq yaratdığını vurğulayıb. O, həmçinin Ramazan ayının sonunda bir neçə şəxsin "Ramazan təbilçisiyəm" deyərək qapılara yaxınlaşıb pul tələb etdiyini iddia edib.
Vətəndaş ənənənin yenidən nəzərdən keçirilməsinin vacibliyini qeyd edərək, bu tətbiqin dayandırılmasını istədiyini bildirib. Mövzu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1489 Tarix: 23 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabrTelefonda iki Wi-Fi işarəsi nə deməkdir?
Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"
11 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabrDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabr