"Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir" - DEPUTAT

"Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir" - DEPUTAT1992-ci il fevralın 26-da Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı XX əsrin ən ağır və qanlı cinayətlərindən biri kimi tarixə həkk olunmuşdur. Erməni silahlı birləşmələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən soyqırım nəticəsində 613 nəfər dinc sakin, qadınlar, uşaqlar və yaşlı insanlar amansızcasına qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin salınmışdır. Xocalı faciəsi beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, insanlığa qarşı yönəlmiş ağır cinayətdir.

Dövlətimizin, xüsusilə Heydər Əliyev fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın "Xocalıya Ədalət" kampaniyası çərçivəsində həyata keçirilən ardıcıl fəaliyyətə baxmayaraq, içərisində qadın, uşaq və yaşlı insanların olduğu 613 nəfər günahsız mülki əhalinin barbarcasına qətlə yetirilməsi, təəssüflər olsun ki, hələ də Beynəlxalq səviyyədə soyqırım kimi tanınmır. Xocalı soyqırımına beynəlxalq səviyyədə lazımi hüquqi-siyasi qiymətin verilməməsi, insanlığa qarşı törədilmiş bəşəri cinayətə göz yumulması kimi dəyərləndirilir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti həm diplomatik müstəvidə, həm də hərbi-siyasi sahədə prinsipial mövqe nümayiş etdirmiş, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu Zəfər işğala son qoyulmasının, tarixi ədalətin bərqərar edilməsinin və şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur.

İşğal dövründə Azərbaycan torpaqlarında törədilmiş vandalizm aktları, dağıdılmış şəhər və kəndlər, məhv edilmiş tarixi-mədəni abidələr, talan olunmuş məscidlər və qəbiristanlıqlar erməni işğal siyasətinin mahiyyətini bir daha dünyaya göstərmişdir.
Bu faktlar beynəlxalq ictimaiyyətin obyektiv mövqe sərgiləməsinin nə qədər vacib olduğunu ortaya qoyur.

Ana Vətən Partiyası ermənilərin törətdiyi vəhşilikləri qətiyyətlə qınayır və Beynəlxalq təşkilatları, tərəqqipərvər bəşəriyyəti erməni silahlı qüvvələri və terror təşkilatlarının törətdiyi Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyə səsləyir.

Günay Ağamalı
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 531   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr