İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMAİşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərinə və müştərilərin borc münasibətlərinə təsir göstərə bilər. Bununla yanaşı, sığortadan yararlanma şərtləri, işsizliyin hansı hallarda sığorta hadisəsi sayılması, ödənişlərin müddəti və məbləği kimi məsələlərin dəqiq müəyyənləşdirilməsi vacibdir.

Bəs, işini itirən vətəndaşların kredit borclarının sığorta hesabına ödənilməsi hansı şərtlərlə mümkün ola bilər? Bu mexanizmdən yararlanmaq üçün hansı məhdudiyyətlər nəzərdə tutulmalı, kredit borcunun tam və ya qismən qarşılanması hansı hallarda həyata keçirilməlidir və belə bir sistem vətəndaşların maliyyə yükünü nə dərəcədə azalda bilər?
İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, belə bir sığorta mexanizminin tətbiqi gələcəkdə kredit götürən şəxs işsiz qaldığı zaman onun kredit tarixçəsinin korlanmasının, bankın isə problemli kreditlə üzləşməsinin qarşısını ala bilər. Lakin bu mexanizmin tətbiqi zamanı bir sıra nüanslar, xüsusilə də saxtakarlıq və sui-istifadə hallarının qarşısının alınması nəzərə alınmalıdır.

"Belə ki, bəzi şəxslər kredit ödənişindən yayınmaq və öhdəliklərini yerinə yetirməmək məqsədilə bilərəkdən işsiz olduqlarını və ya gəlirlərini itirdiklərini bildirərək sığorta paketindən yararlanmağa cəhd edə bilərlər. Buna görə də xüsusi nəzarət və tənzimləmə mexanizmlərinin tətbiqi vacibdir. Şəxsin həqiqətən işsiz olub-olmaması, hansı səbəbdən işdən ayrılması, ixtisara düşməsi və ya öz istəyi ilə işdən çıxması kimi hallar araşdırılmalıdır. Sığorta ödənişi də bu nüanslar nəzərə alınmaqla həyata keçirilməlidir. Əsas məqsəd mexanizmdən sui-istifadəyə yol verilməməsi və sığorta dəstəyinin həqiqətən işini itirmiş, bu ödənişə ehtiyacı olan şəxslərə yönəldilməsidir. Vətəndaşın borc yükünə gəldikdə isə, şəxs kredit götürdükdən sonra işini itirərsə və ödənişlərini həyata keçirə bilməzsə, onun borcunun üzərinə cərimələr əlavə olunur. Məsələn, 100 manatlıq ödəniş gecikmə nəticəsində 110 və ya 120 manata yüksələ, borc yükü tədricən arta bilər. Belə halların qarşısının alınması üçün sığorta ödənişlərinin kredit borcunun ödənilməsinə yönəldilməsi şəxsin maliyyə öhdəliklərinin tənzimlənməsinə müsbət təsir göstərə bilər. Nəticədə vətəndaş əlavə cərimə yükündən qorunar və işə düzəldikdən sonra kredit ödənişlərini davam etdirə bilər".

Ekspert bildirib ki, ümumilikdə, bu, müsbət iqtisadi və maliyyə alətidir:

"Şəxs öz kredit öhdəliklərini sığortalamaqla işsiz qaldığı və ya ödəniş qabiliyyətini itirdiyi dövrdə sığorta vasitəsilə kredit ödənişlərinin həyata keçirilməsini təmin edə bilər. Doğrudur, kredit götürülərkən sığorta üçün əlavə xərcin ödənilməsi kreditin ümumi dəyərini artıra bilər. Lakin sığortalanan öhdəliyin həcmini və gələcəkdə yarada biləcəyi iqtisadi faydanı nəzərə alsaq, bu mexanizmin tətbiqi daha məqsədəuyğundur. İşin itirildiyi dövrdə sığortaya ödənilən məbləğ vətəndaşın maliyyə baxımından çətin vəziyyətə düşməsinin qarşısını almağa kömək edə bilər. Bu mexanizmin əsas hədəfi əhalinin işsiz qaldığı dövrdə həddindən artıq borclanmasının qarşısını almaqdır. Məhsulun illər əvvəl bazara çıxarılması daha məqsədəuyğun olardı, lakin hazırkı mərhələdə tətbiqi də müsbət addımdır. Gələcəkdə bu mexanizm həm vətəndaşların borc yükünün artmasının qarşısını ala, həm də bankların problemli və toksik aktivlərlə bağlı risklərini azalda bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 158   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr