İranın bu məhsulu Azərbaycan bazarını tutub: Kütləvi şəkildə alınır - Təhlükəlidir?

İranın bu məhsulu Azərbaycan bazarını tutub: Kütləvi şəkildə alınır - Təhlükəlidir?Ötən ilin dekabr ayının statistikasına görə, Azərbaycana 121 milyon 60.42 min dollar dəyərində 16 763.73 ton kərə yağı idxal olunub, ölkədən isə 26 milyon 322.88 min dollar dəyərində 3 779.17 ton məhsul ixrac edilib. İxracın əsas hissəsi Rusiyaya (23 milyon 998.76 min dollar, 3 437 ton) yönəlib. İdxalda lider mövqedə isə İran dayanır. Bu ölkədən 42 milyon 117.27 min dollar dəyərində 6 994.56 ton kərə yağı alınıb.

Ekspertlər İran məhsullarının idxalda üstün mövqeyə çıxmasının səbəbləri, qiymət fərqləri və keyfiyyət məsələləri ilə bağlı müxtəlif yanaşmaların olduğunu bildirirlər.

Mövzu ilə bağlı Publika.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov hesab edir ki, İrandan idxal olunan kərə yağlarının daxili bazarda daha ucuz təklif edilməsinin bir neçə iqtisadi səbəbi var:

"Əsas amillərdən biri valyuta məzənnəsidir. İran realının zəif olması ixrac məhsullarını xarici bazarlar üçün daha əlçatan edir və bu da qiymət üstünlüyü yaradır. Eyni zamanda, İranda süd və süd məhsulları sektoruna tətbiq olunan dövlət subsidiyaları istehsalın maya dəyərini azaldır. İran və Azərbaycanın sərhəd ölkələr olması isə logistika xərclərini aşağı salaraq son qiymətə müsbət təsir göstərir".

Ekspert qeyd edib ki, məhsulun qiyməti onun keyfiyyəti barədə birmənalı fikir formalaşdırmamalıdır:

"Azərbaycana idxal edilən bütün heyvan mənşəli məhsullar, o cümlədən kərə yağları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ciddi nəzarətə götürülür. Uyğunsuzluq aşkar edilərsə, məhsul geri qaytarılır, satışdan çıxarılır və ya məhv edilir. Bundan əlavə, daxili bazarda da planlı və plandankənar monitorinqlər aparılır".

Ağa Salamov istehlakçıların da diqqətli olmasının vacibliyini vurğulayıb.

"Məhsulun üzərində "inək südündən pasterizə olunmuş kərə yağı" və ya "süd yağı" qeyd olunmalı, süd yağının miqdarı isə adətən 82,5% təşkil etməlidir. Əgər tərkibdə bitki yağı, palma yağı və ya qarışıq yağ göstərilirsə, bu məhsul klassik kərə yağı hesab olunmur", - deyə mütəxəssis bildirib.

Ekspertin qənaətincə, əsas meyar məhsulun hansı ölkədən idxal edilməsi deyil, onun normativ sənədlərə uyğunluğu və laborator təsdiqidir:

"Qiymət fərqi hər zaman keyfiyyətin aşağı olması demək deyil. Həlledici amil effektiv dövlət nəzarəti və istehlakçı maarifləndirilməsidir".

Publika.az mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinə də müraciət edib. Sualları Birliyin sədri Eyyub Hüseynov cavablandırıb.

"Azərbaycanda kərə yağına tələbat daim artmaqda, dünya bazarında isə qiymətlər yüksəlməkdədir. Ölkədə son bir ildən artıqdır ki, süd qıtlığı mövcuddur. Bunun əsas səbəblərindən biri iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyidir", - deyə Hüseynov vurğulayıb.

Belə bir şəraitdə əmtəə bazarına İran kərə yağlarının daxil olduğunu qeyd edən sədr deyib:

"Birliyə bu məhsullarla bağlı şikayət daxil olmayıb, yalnız keyfiyyət barədə məlumat almaq üçün zənglər edilib. Ölkəyə daxil olan bütün yağlar, o cümlədən İran istehsalı olan yağlar da, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət altındadır. AQTA məhsulların təhlükəsizliyinə, Azad İstehlakçılar Birliyi isə keyfiyyətinə diqqət edir".

E.Hüseynov sonda əlavə edib ki, ümumilikdə məlum kərə yağı məhsullarının hamısının yaxşı olduğunu demək olmaz.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4386   Tarix: 28 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr