ŞAD XƏBƏR - Bu şəxslərə əlavə kompensasiyalar ödəniləcək

ŞAD XƏBƏR - Bu şəxslərə əlavə kompensasiyalar ödəniləcəkKonstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək.

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov Facebook hesabında yazıb.

"Qərarla Əmək Məcəlləsinin 115-117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək.

115-ci maddə ilə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri, 117-ci maddə ilə uşaqlı qadınların əlavə məzuniyyətləri, 118-ci maddə ilə isə pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyənləşir.

Belə ki, işçi fərqli səbəblərdən əlavə və ya əsas məzuniyyətdən tam istifadə etməyibsə o zaman o işdən çıxan zaman ona həmin günlərə görə kompensasiya ödəniləcək.

Bu zaman, həm yeraltı işlərdə çalışanların, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətləri olan şəxslərin, həm də uşaqlı qadınların istifadə edilməyən əlavə məzuniyyətlərinə görə ödənişin verilməsi nəzərdə tutulur.

Əgər işçinin çalışdığı müddətdə istifadə etmədiyi 50 gün əlavə və 40 gün əsas məzuniyyət günləri varsa o işdən çıxan zaman ona əlavə olaraq 90 günün məzuniyyət kompensasiyası ödəniləcək.

Əgər, gündəlik məzuniyyət haqqı 50 manatdırsa o zaman, həmin işçiyə 4500 manat əlavə kompensasiya ödənişinin verilməsi təmin ediləcək.

Bu qərar işçilərin sosial hüquqlarının daha yaxından qorunması və kompensasiya ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasına xidmət edəcək" - o, paylaşımında bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 20394   Tarix: 01 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr