Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA
İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini və qazanc mənbəyini itirmək qorxusu yaşayan əməkdaşlar isə bu münasibətə etiraz etmək əvəzinə susmağa və baş verənlərə dözməyə məcbur qalırlar. Nəticədə davamlı təzyiq insanlarda özünəinamın azalmasına, stressə, emosional tükənməyə və psixoloji problemlərə yol aça bilir.
Bəs rəhbər tərəfindən təhqir və psixoloji təzyiqlə üzləşən əməkdaşlar belə vəziyyətdə necə davranmalıdırlar? İşini itirmək qorxusu insanın öz ləyaqətini və psixoloji sağlamlığını qurban verməsinə səbəb olmalıdırmı?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, aşağı maaş insanın dəyərini aşağı salmır və insanın əməkhaqqısı onun insan kimi dəyərinin ölçüsü deyil. Amma təəssüf ki,bəzi iş yerlərində aşağı vəzifədə, az maaşla çalışan insanlara qarşı kobud münasibət təkcə rəhbərlikdən deyil, kollektivin digər üzvlərindən də qaynaqlanır. Bu mövzu ilə bağlı ələlxüsus gənclər tez- tez müraciət edirlər. Bəzi rəhbərlər tutduğu vəzifəni məsuliyyət kimi deyil, şəxsi üstünlük vasitəsi kimi qəbul edir. Bu insanlar özlərini başqalarından üstün görməyə ehtiyac duyur.
Birmənalı şəkildə özünəinamsızlığı var və bu şəkildə başqalarını alçaltmaqla öz çatışmazlığını kompensasiya edir. Əslində idarəetmə bacarığı və empatiya hissi zəif olur. Tənqidə dözümsüz olurlar və hər şeyə nəzarət etmək istəyirlər. Kollektiv arasında və ya təklikdə alçalmağa məruz qalmış əməkdaşla belə hallarda nə baş verir? İnsan özünü müdafiəsiz hiss edir,əməkdaşların yanında nüfuzunu itirdiyini düşünür, işə getmək motivasiyası aşağı olur, çünki narahatlıq keçirir,zamanla susmağa və özünü geri çəkməyə başlayır. Belə vəziyyətdə əməldaş necə davranmalıdır? Mütləq daxili mövqeyini qorumalıdır.
Yəni, vəzifə aşağı ola bilər, amma şəxsiyyət aşağı deyil. Sakit və sərhədli şəkildə davranaraq " Mənimlə bu tərzdə danışılmasını düzgün hesab etmirəm ", " İşlə bağlı iradınızı bildirə bilərsiniz,amma xahiş edirəm, bunu hörmət çərçivəsində edin ", " Məsələni kollektiv qarşısında deyil,normal şəkildə müzakirə edə bilərik " kimi mövqe qoruyucu cümlələrdən istifadə edə bilər. Çünki işçi susduqca alçaldılma normallaşdırılır. Azərbaycanda bu məsələ ilə bağlı əsas hüquqi normalar mövcuddur:
Mülki Məcəllə 23-cü maddə Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, 290-cı maddə İşçinin hüquqlarının müdafiəsi və mənəvi zərər, 195-ci maddə işəgötürənin maddi və mənəvi məsuliyyəti, 148-ci maddə Kütləvi şəkildə təhqir və digər maddələr də mövcuddur. Unutmaq olmqz ki, məhkəməyə müraciət üçün kobud davranışın konkret forması və sübutları əhəmiyyətlidir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın